İrəvan hava limanına beş ölkədən bir sıra uçuşlar gecikir
Icma.az, Sherg.az portalına istinadən məlumatı açıqlayır.
Beş ölkədən təyyarələr İrəvanın "Zvartnots" hava limanına gecikmə ilə gəlib çatacaq.
"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu, hava limanının onlayn tablo məlumatlarından bəlli olub.
Xüsusilə Suriya, Rusiya, İran, İspaniya və Fransadan (iki uçuş) həyata keçirilən reyslərdə gecikmə yaranıb.
Hələb-İrəvan ("Fly Cham" aviaşirkəti); Moskva-İrəvan ("Aeroflot" aviaşirkəti); Tehran-İrəvan ("Caspian Airlines" aviaşirkəti), Barselona-İrəvan ("FlyOne" aviaşirkəti), eləcə də Paris-İrəvan ("Air France" və "KLM Royal Dutch Airlines" aviaşirkətləri) marşrutları üzrə uçuşları gecikir.
Hava limanının mətbuat katibi Lusine Moqrovyan bildirib ki, "Zvartnots" ştat rejimində işləyir və əlverişsiz hava şəraitinə baxmayaraq, reyslərin qəbulu və ya yola salınmasında heç bir məhdudiyyət yoxdur. Onun sözlərinə görə, gecikməların səbəbləri aviaşirkətlərdən dəqiqləşdirilməlidir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:43
Bu xəbər 26 Dekabr 2025 20:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















