Icma.az
close
up
RU
İrəvan Moskvadan uzaqlaşır: Paşinyanın Qazaxıstan səfərinin detalları

İrəvan Moskvadan uzaqlaşır: Paşinyanın Qazaxıstan səfərinin detalları

Cebheinfo saytına istinadən Icma.az xəbər verir.

Ermənistanın Baş naziri Nikol Paşinyanın Qazaxıstana səfəri çərçivəsində iki ölkə arasında bir sıra müqavilələr imzalanıb.

Qazaxıstan və Ermənistan Avrasiya İqtisadi İttifaqı (Aİİ), Gömrük İttifaqı, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında müttəfiq olsalar da əslində, bu dövlətlərin siyasi müstəvidə münasibətləri normal olmayıb. Bunun da səbəbi Qazaxıstanın uzun illər Ermənistanın işğalına görə Azərbaycanın haqlı mövqeyini müdafiə etməsi ilə bağlı olub. 

Aİİ çərçivəsində aparılan ticarət əməliyyatları zamanı tarif güzəştlərinin tətbiqi ilə əlaqədar tərəflər daha çox iqtisadi əməkdaşlığa üstünlük veriblər. Lakin Qazaxıstanla Ermənistan arasında ticarət dövriyyəsi yüksək olmayıb. 2024-cü ildə iki ölkə bu ölkələr arasında ticarət dövriyyəsi 82,9 milyon dollar təşkil edib. 2025-ci ilin 8 ayı ərzində bu göstərici 35,4 milyon dollar olub. 

Nikol Paşinyanın Astanaya rəsmi səfəri və imzalanan müqavilələr Qazaxıstan-Ermənistan münasibətlərində yeni mərhələnin başlanğıcı kimi şərh olunur. Yəni Azərbaycanla-Ermənistan arasında sülh prosesində irəliləyişin əldə olunması və kommunikasiyaların açılmasına dair razılaşmalar Astananın İrəvanla əlaqələrində ciddi dönüş yarada bilər.

Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayevin Baş nazir Paşinyanı ölkəsinə dəvət etməsi də son zamanlar Qazaxıstan taxılının Azərbaycan üzərindən Ermənistana tranzitindən sonra yaranmış vəziyyətlə bağlıdır. Bu baxımdan, Qazaxıstanla Ermənistan arasında kənd təsərrüfatı məhsulları ticarəti sahəsində əməkdaşlıq haqqında anlaşma memorandumunun imzalanması diqqəti cəlb edir.

Çox güman bu razılaşmadan sonra Qazaxıstan taxılının, o cümlədən ərzaq buğdasının Azərbaycan və Gürcüstandan keçməklə dəmir yolu ilə Ermənistana növbəti tədarükü baş verəcək. Ancaq Qazaxıstanın iqtisadiyat naziri Serik Jumanqarinin açıqlması göstərir ki, rəsmi Astana Ermənistana daha çox gələcək tranzit ölkə və logistika mərkəzi kimi maraq göstərir. 

O bildirib ki, Qazaxıstan Ermənistan vasitəsilə Türkiyəyə yeni ticarət yolu aça bilər. Onun sözlərinə görə, Ermənistan ərazisindən keçən marşrut Astananın Türkiyə limanlarına birbaşa çıxışını təmin edəcək.

“Hazırda biz Azərbaycandan keçərək Gürcüstanın Qara dəniz limanlarına gedirik. Yeni marşrut isə bizə Naxçıvana, oradan isə birbaşa Türkiyəyə, dəniz limanlarına çatmağa imkan verəcək”, - deyə nazir əlavə edib.

Qeyd edək ki, Qazaxıstanın xeyli müddətdir Zəngəzur dəhlizinin açılmasına maraq göstərir. Prezident Tokayevin 2024-cü ilin aprel ayında Ermənistana səfəri də məhz Paşinyanı Zəngəzur dəhlizinə razı salmaq məqsədi daşıyırdı. Lakin o vaxt Rusiyanın dəhlizə nəzarət etməsini istəməyən Paşinyanın “Sülh kəsişməsi” layihəsinə üstünlük verməsi tərəflər arasında anlaşmanı mümkünsüz etmişdi.

ABŞ-də Donald Trampın prezident seçilməsi və Zəngəzur dəhlizinin Amerika şirkətinin idarəçiliyinə verilməsi təklifindən sonra Paşinyanın mövqeyini dəyişməsi Qazaxıstanın Türkiyəyə və Avropaya çıxışı üçün yeni imkanlar açıb. Qazaxıstanla Ermənistan arasında razılaşma Mərkəzi Asiyanı, Cənubi Qafqazı və Türkiyəni birləşdirən “Orta dəhliz”in reallaşması istiqamətində mühüm addım hesab edilə bilər.

Ermənistan Baş nazirinin müavini Mher Qriqoryan ölkəsinin tranzit potensialının çox böyük olduğunu və iqtisadi subyektlərin bundan istifadə etməsinin vacibliyini deyib:

“Bu gün logistika xərcləri beynəlxalq ticarətdə əhəmiyyətli rol oynayır. Bu mənada Qazaxıstanla birlikdə logistika qərarlarının axtarılması mühüm imkanlar açır”.

Mher Qriqoryanın açıqlaması Tokayev-Paşinyan görüşündə Qazaxıstan məhsullarının “Tramp marşrutu” vasitəsilə tranziti məsələsinin xüsusi yer tutduğunu deməyə əsas verir. 

Müşfiq Abdulla 
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:92
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 21 Noyabr 2025 17:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see287

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see236

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see214

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see213

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see205

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see184

Afrika Millətlər Kuboku: Mərakeş və Kamerun 1/4 finalda

05 Yanvar 2026 01:04see179

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see177

Gəncədə baş verən yanğın nəticəsində bir nəfərin meyiti aşkarlanıb

04 Yanvar 2026 23:37see174

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see170

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see168

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see166

Elman Qəmbərov general Vaqif Axundova tələ qurmuşdu Polkovnik SİRLƏRİ AÇDI

04 Yanvar 2026 17:04see153

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see150

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see145

Aydın Sezer: ABŞ Latın Amerikasını hələ də arxa bağçası kimi görür

04 Yanvar 2026 18:38see140

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see134

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

05 Yanvar 2026 18:50see129

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see128

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri