Icma.az
close
up
RU
İrəvan niyə sülh sazişini yubandırır? Politoloq

İrəvan niyə sülh sazişini yubandırır? Politoloq

Qaynarinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Mövcud sənəd tam razılaşdırılsa belə, ona imza atılmasının digər şərtlərlə əlaqəsi qaçılmazdır".

Bunu Qaynarinfo-ya açıqlamasında sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Ermənistan XİN rəhbəri Ararat Mirzoyanın Bakı və İrəvanın sülh müqaviləsi layihəsini yekunlaşdırmağa çox yaxın olduqları barədə bəyanatını şərh edərkən deyib.

"Belə başa düşürəm ki, erməni tərəfi danışıqlarla bağlı ümumi prosesi yaddan çıxardır. Əslində yaxşı bilirlər ki, Azərbaycanın mövqeyi təkcə sülh  mətninin olması ilə bağlı deyil, burada digər şərtlər də var. Ermənilərin şərhində isə məsələ ayrı mövzu kimi verilir. Bu da onların taktikasıdır. Azərbaycan dövlət başçısı açıq şəkildə hansı bəndlərin hələ də razılaşdırılmalı olduğunu bildirib. Bunlar konstitusiya dəyişikliyi şərtləri, dəhlizin açılması və s. məsələlərdir", deyə Tofiq Zülfüqarov bildirib.


Həmsöhbətimiz qeyd edir ki, regiona davamlı sülhün gəlməsi üçün Azərbaycanı mətn deyil, ümumi sülh prosesi maraqlandırır:

"Mövcud sənəd tam razılaşdırılsa da belə, ona imza atılmasının digər şərtlərlə əlaqəsi qaçılmazdır. Erməni tərəfinin bu mövqeyi bir neçə ay əvvəl dedikləri razılaşdırılmış bəndləri əsas götürməklə müqaviləni imzalamaq təklifinə bənzəyir. İndi də deyirlər ki, mətndən kənar şərtləri də kənara qoyaq".

Qeyd edək ki, Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Azərbaycan və Ermənistanın sülh müqaviləsi layihəsini yekunlaşdırmağa çox yaxın olduqlarını bəyan edib. Bu barədə o, Hindistana səfəri çərçivəsində yerli mətbuata açıqlamasında deyib. 

Rüfət Sultan


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:235
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 12 Mart 2025 13:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see396

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see383

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see377

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see374

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see354

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see353

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see335

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see335

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see315

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see313

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see308

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see297

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see267

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see229

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see222

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see220

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see209

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see207

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see207

Dərmanlar da icbari tibbi sığortaya daxil edilir Kimlər faydalanacaq?

20 Noyabr 2026 22:21see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri