Icma.az
close
up
RU
İrəvan sandığından çıxan Bakı zəfəri

İrəvan sandığından çıxan Bakı zəfəri

Demokrat.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ermənistanda növbəti seçki marafonu başa çatdı və sandıqdan çıxan nəticələr, əslində, İrəvanın deyil, Bakının regional geosiyasi diktəsinin növbəti təsdiqidir. Proseslərin pərdəarxasına və seçkiöncəsi kuluarlara nəzər saldıqda aydın görünür ki, bu seçkilərin gizli və əsas qalibi Prezident İlham Əliyevdir. Çünki Ermənistan cəmiyyətinin səsvermə zamanı rəhbər tutduğu fundamental tezisləri, yürütdüyü qətiyyətli regional siyasət və sülh gündəliyi ilə məhz Azərbaycan lideri formalaşdırıb. Əgər rəsmi Bakının işğala son qoyan uğurlu hərbi-siyasi həmlələri və qüsursuz diplomatik gedişləri olmasaydı, bu gün Ermənistanın siyasi elitasının sülhdən, regional sabitlikdən və qarşılıqlı surətdə ərazi bütövlüyünün tanınmasından bəhs etməsi sadəcə xəyal olardı. Erməni seçicinin səsini və siyasi iradəsini formalaşdıran əsas amil məhz Bakının yaratdığı yeni reallıqlar oldu.
Görünən odur ki, Ermənistan xalqı uzun illər davam edən xülyalardan ayıla bilib, baş verən tarixi proseslərdən real nəticələr çıxarmağa başlayıb. Cəmiyyət səviyyəsində Azərbaycanla sülhün qaçılmaz və labüd olduğu artıq dərk edilir. Burada mühüm xronoloji detalı unutmaq olmaz: 44 günlük müharibədə Ermənistanı kapitulyasiyaya uğradan və hərbi zəfər qazanan tərəf olmasına baxmayaraq, bölgədə sülh danışıqları təşəbbüsünü irəli sürən və bunun üçün fundamental baza prinsiplərini masa üzərinə qoyan məhz Azərbaycan oldu.
Nikol Paşinyanın daxili auditoriyaya sırımağa çalışdığı sülh bəyanatlarını praktiki addımlarla real müstəviyə daşıyan və onu hərəkətə gətirən qüvvə də Prezident İlham Əliyevin strateji kursudur. Xüsusilə Vaşinqton görüşünün ardınca iki ölkə sərhədində sabitliyin və təhlükəsizliyin təmin olunması, Ermənistanın onilliklərdir davam edən nəqliyyat blokadasından çıxarılması, digər dövlətlərin yükləri üçün tranzit imkanlarının açılması istiqamətində real zəmin yaradılıb. Üstəlik, perspektivdə Ermənistanın enerji təhlükəsizliyinə verilə biləcək töhfələr, vətəndaş cəmiyyəti təsisatlarının birbaşa təmasları, qarşılıqlı səfərlər və ən əsası, rəsmi İrəvanın ritorikasındakı aqressiv tonun sıradan çıxarılması Bakının idarə etdiyi proseslərin məntiqi nəticəsidir.
Lakin seçkilərin başa çatması hər şeyin bitməsi demək deyil. Azərbaycanın Ermənistandakı yeni siyasi konfiqurasiyadan gözləntiləri konkret, kəskin və qətidir. Bakı manipulyasiyalara və zaman qazanmaq cəhdlərinə dözmək niyyətində deyil. İlk növbədə, Ermənistan daxilində Qarabağ mövzusundan qidalanan bütün revanşist ünsürlər, separatizmin tör-töküntüləri və qondarma "təsisatlar" birdəfəlik ləğv edilməlidir. İrəvan bu öhdəliyi təkcə ölkə daxilində deyil, beynəlxalq müstəvidə də yerinə yetirməyə məcburdur. Rusiya, Fransa, ABŞ və digər xarici ölkələrdə fəaliyyət göstərən, erməni lobbisinin maliyyələşdirdiyi Qarabağ "nümayəndəlikləri" və bənzər strukturların qapısına qıfıl vurulmalıdır.
Ən prinsipial məsələ isə Ermənistanın hüquqi müstəvidə kapitulyasiyasını rəsmiləşdirməsidir. Rəsmi İrəvan qısa müddətdə ölkədə konstitusiya referendumu keçirməli, yeni ana qanun qəbul edərək Azərbaycana qarşı irəli sürülən bütün ərazi iddialarına birdəfəlik və hüquqi olaraq son qoymalıdır. Çünki daxili qanunvericiliyində qonşu dövlətin torpaqlarına iddia daşıyan Ermənistanla dayanıqlı gələcək qurmaq qeyri-mümkündür. Yalnız bu radikal və həlledici addımlardan sonra iki dövlət arasında yekun sülh müqaviləsinin imzalanması və Cənubi Qafqazda yeni epoxanın başlaması real ola bilər. Seçki bitdi, indi Bakının şərtləri altında konkret əməli addımlar atmaq zamanıdır.
İslam
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:195
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 08 İyun 2026 09:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see314

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see311

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see301

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see271

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see267

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see259

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see253

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see250

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see247

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see239

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see222

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see221

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see220

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see219

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see217

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see215

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see210

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see208

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see201

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri