Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

“WhatsApp” sizin yer məlumatınız toplayır Qorxunc iddia

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

Qazancımızın neçə faizi ərzağa gedir?

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

2025 ci il kifayət qədər uğurlu oldu

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

Xabi Alonso: “Hələ yolun əvvəlindəyik, hər şey dəyişə bilər”

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Müller yenidən Messinin qarşısına çıxır

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

İrəvan sülh istəyirsə, Bakının obyektiv tələblərini yerinə yetirməlidir

İrəvan sülh istəyirsə, Bakının obyektiv tələblərini yerinə yetirməlidir

Baku.ws portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

2020-ci ildəki İkinci Qarabağ müharibəsi və 2023-cü ildəki birgünlük antiterror əməliyyatlarından Azərbaycanın ərazi bütövlüyünü tam bərpa etməsi, həmçinin Cənubi Qafqazda separatçılığa son qoyması nəticəsində regionda tamamilə yeni reallıq yaranıb. 

BAKU.WS "Report"a istinadən xəbər verir ki, yeni siyasi qaydalarının müəllifi Bakıdır. Bu reallıq regionda sülh və sabitliyin, habelə qarşılıqlı əməkdaşlıq mühitinin təmin olunmasını şərtləndirir. Azərbaycan bunun üçün öhdəsinə düşənləri edir. Müharibədən dərhal sonra sülh təşəbbüsü ilə çıxış etməsi rəsmi Bakının humanistliyinin ən ciddi təzahürlərindəndir.

Azərbaycanın bütün cəhdlərinə və ikitərəfli münasibətlərin normallaşmasında qismən yol qət edilməsinə baxmayaraq, hələ də sülh sazişi imzalanmayıb. Bunun əsas səbəbi Ermənistanın qeyri – adekvat mövqeyidir. Belə ki, baş nazir Nikol Paşinyan və komandası dildə sülhdə maraqlı olduğunu və bunu istədiyini desə də, əməldə tamamilə fərqli ritorika ortay qoyur. Buna bariz nümunə kimi rəsmi İrəvanın Azərbaycanda erməni əsilli şəxslərin məhkəməsi haqqında sülh gündəliyinə cavab verməyən açıqlamalarını göstərmək olar. Məsələn, Ermənistan Xarici İşlər Nazirliyi (XİN) bir müddət əvvəl Azərbaycanda erməni əsilli məhbuslarla və hərbi cinayətlərdə ittiham olunan şəxslərlə guya pis rəftar edildiyini, onların hüquqlarının təmin olunmadığını, məhkəmə prosesinin səhnələşdirildiyini iddia edib. Ermənistan XİN-in bəyanatında, eyni zamanda, bildirilib ki, rəsmi İrəvan hərbi əsirlərə, girovlara və erməni əsilli digər məhbuslara qarşı qadağan olunmuş tədbirlərin tətbiqi barədə məlumatlar almaqda davam edir. Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) isə bu bəyanatı rədd edib. XİN-in mətbuat katibi Ayxan Hacızadə cavab bəyanatında bildirib ki, Ermənistan müharibə cinayətlərində ittiham olunan şəxslərin məhkəmə prosesini alqışlamaq əvəzinə, bu məhkəməni "səhnələşdirilmiş" adlandıraraq onilliklər ərzində səbəb olduğu yaraları sağaltmaqda və prosesin üzə çıxara biləcəyi həqiqətlə üzləşməkdə maraqlı deyil.

Məsələ burasındadır ki, Azərbaycanda saxlanılan və məhkəmələri davam edən terrorçular özləri də hüquqlarının lazımi şəkildə təmin olunduğunu bildirirlər. Bunu deməsələr belə, hər şey göz qabağındadır: onların hüquqlarının təmin olunması üçün yaradılan şərait, məhkəmə çıxışlarındakı ifadələri, etirafları və həm də Ermənistanın siyasi manipulya cəhdləri. Sual yaranır: əgər rəsmi İrəvan terrorçular və hərbi cinayətkarlar Araik Arutunyana, Ruben Vardanyanı və digərlərini bu qədər çox düşünürsə, niyə zamanında onları Azərbaycana qarşı beynəlxalq hüquqa uyğun gəlməyən cinayətlərə cəlb etdilər? Axı sonunun belə olacağını təxmin etməli idilər.

Görünən odur ki, Ermənistan hakimiyyəti adı çəkilən şəxslərdən bir neçə gün il əvvəl istifadə etdiyi kimi, yenə də yararlanır və onların "vəkili" kimi çıxış etməklə "suları bulandırmağa", süni şəkildə gərginlik yaratmağa çalışır.

Bu azmış kimi, Ermənistan XİN bu günlərdə Sumqayıt hadisələri barədə absurd bəyanat yaydı, Azərbaycanı etnik təmizləmədə ittiham etdi. Yəni İrəvan Bakını təqsirləndirmək üçün hətta tarixi saxtalaşdırmaqdan da çəkinmir. Bu da əslində Ermənistanın siyasətinin ifşası baxımından xarakterikdir. Nəzərə almaq lazımdır ki, vəziyyət tam əksinədir. Əslində soyqırım törədən elə Ermənistan özüdür. Rəsmi İrəvanın cinayətlərini etiraf etmək əvəzinə, Azərbaycanı ittiham etməsi heç bir diplomatik normaya və beynəlxalq hüquqa sığmır.

Başqa məsələ qərbi azərbaycanlıların ata-baba torpaqlarına qayıdışı ilə bağlıdır. Ermənistan uzun müddətdir ki, bu məsələni də siyasiləşdirməyə çalışır. Halbuki azərbaycanlıların Qərbi Azərbaycana qayıtması Ermənistanın iddia etdiyindən fərqli olaraq onun təhlükəsizliyi üçün təhdid deyil. Nəzərə almaq lazımdır ki, İrəvan, Göyçə, Zəngəzur tarixi Azərbaycan torpaqlarıdır. Bu o deməkdir ki, ikitərəfli münasibətlərin normallaşması kontekstində qərbi azərbaycanlıların Qərbi Azərbaycana qayıtması şərtdir. Əgər rəsmi Bakı humanistlik göstərib ermənilərin Qarabağda yaşamasına icazə verirsə, deməli, rəsmi İrəvan da qərbi azərbaycanlıların qayıdışa mane olmamalı, əksinə, prosesə töhfə verməlidir. Bu, Ermənistanın sülh prosesində səmimi olmasının ən ciddi göstəricilərindən olar.

Ermənistanın sülh prosesinə mane olmasının sübutlarından biri də ölkə parlamentinin spikeri Alen Simonyanın  və Paşinyanın ətrafında olan digər siyasi fiqurların Qarabağ ermənilərinə 2023-cü ildə niyə sona qədər kimi vuruşmadığını sorğulaması, Paşinyan administrasiyasının açıq şəkildə Azərbaycanın ərazi  bütövlüyünün təmin olunmasına təəssüf etməsidir. Bu, Paşinyanın və onun komandasının sülh sazişində maraqlı olmaları ilə bağlı bütün bəyanatlarının səmimiliyini sual altına atır.

Bu proseslər bilavasitə Paşinyan hakimiyyətinin siyasi iradəsizliyi ilə bağlıdır. Bu gün müxalifət Ermənistan daxilində sözün əsl mənasında "at oynadır". Ermənistan iqtidarı ya müxalifətdən öz maraqları naminə istifadə edir, ya da onların iradəsini qıra bilmir.

Ermənistan müxalifətinin liderlərindən olan Robert Köçəryan mətbuat konfransında ölkəsini Minsk Qrupunu ləğv etməməyə çağırması faktı diqqət çəkir.

Məlum olduğu kimi, Azərbaycanın sülh sazişi ilə bağlı əsas şərtlərindən biri məhz artıq faktiki olaraq lazımsız quruma çevrilən Minsk Qrupunun ləğvidir. Ermənistan hakimiyyəti də son zamanlar bu məsələ ilə bağlı pozitiv mesajlar verir. Amma müxalifət prosesə mane olur. Bu, belə düşünməyə əsas verir ki, Ermənistanda Azərbaycanla münasibətlərin normallaşmasına mane olan güclər heç də az deyil. Belə olan halda Paşinyan Azərbaycanı ittiham etmək əvəzinə, onları "zərərsizləşdirməlidir".

Daxildəki müxalifətlə yanaşı, xarici oyunçular da rəsmi İrəvanın konstruktiv mövqeyinə mane olurlar. Ermənistan isə "çalınan havaya oynamağa davam edir". Avropa İttifaqının (Aİ) Ermənistandakı müşahidə missiyasının xüsusilə son zamanlar artan təxribatçı fəaliyyəti, o cümlədən müntəzəm olaraq açıq-aydın Azərbaycan ərazilərini müşahidə etməsi həm də rəsmi İrəvanın "başının altına yastıq qoymaqdır". Aİ-nin fəaliyyəti ilə bağlı xüsusilə vurğulanmalı məqam ondan ibarətdir ki, fevralın 25-də Avropa İttifaqı - Ermənistan parlamentlərarası komitəsinin bəyanatı imzalanıb. Anti-Azərbaycan fikirlərin də əks olunduğu sənədi imzalayanlar arasında Paşinyanın partiyasından olan siyasətçilər də var idi. Bu, bir daha onu deməyə əsas verir ki, Ermənistan əslində səmimi deyil, sadəcə vaxt qazanmağa və özünü "sülh göyərçin"i kimi təqdim etməyə çalışır.

Əgər Ermənistan, həqiqətən, sülh sazişində səmimidirsə, "sağ əli ilə sol qulağını" qaşımamalı, düz, hamar yolla irəliləməlidir. Belə ki, sülh sazişi ilə bağlı Azərbaycanın konkret şərti var. Bu, Azərbaycana qarşı ərazi iddialarını ehtiva edən mövcud konstusiyaya dəyişiklik, 10 noyabr üçtərəfli bəyanatının şərtlərinin tam yerinə yetirilməsi, həmçinin ATƏT-in Minsk Qrupunun ləğvidir. İrəvan sülh istəyirsə, bu tələbləri yerinə yetirməlidir. Əks halda uydurduğu bütün bəhanə və iddialar "suları bulandırmaq" cəhdindən başqa bir şey deyil.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://baku.ws
archiveBu xəbər 01 Mart 2025 21:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see200

“WhatsApp” sizin yer məlumatınız toplayır Qorxunc iddia

01 Dekabr 2025 04:20see195

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see181

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

01 Dekabr 2025 09:31see177

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see162

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see160

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see157

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see152

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see146

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see143

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see140

2025 ci il kifayət qədər uğurlu oldu

01 Dekabr 2025 08:36see139

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

01 Dekabr 2025 09:09see134

Xabi Alonso: “Hələ yolun əvvəlindəyik, hər şey dəyişə bilər”

01 Dekabr 2025 03:31see133

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see130

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see130

Müller yenidən Messinin qarşısına çıxır

01 Dekabr 2025 03:46see129

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see128

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see126

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri