İrəvan tezliklə Türkiyə Ermənistan sərhədinin açılacağını gözləyir
Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.
Bakı, 19 noyabr, AZƏRTAC
Ermənistan parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri və Baş nazir Nikol Paşinyanın “Vətəndaş müqaviləsi” partiyasının üzvü Sarkis Xandanyan Türkiyə ilə münasibətlərin yaxşılaşmasında irəliləyişin olduğunu açıqlayıb.
AZƏRTAC xəbər verir ki, Sarkis Xandanyan bu barədə ATƏT Parlament Assambleyasının İstanbulda keçirilən iclasında deyib.
“Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşması prosesinin tezliklə müsbət nəticələr verəcəyinə dair nikbinliyimi ifadə edirəm”, - deyə o bildirib.
Komitə sədrinin sözlərinə görə, hazırda davam edən konstruktiv və fəal siyasi dialoq tezliklə iki ölkə arasında münasibətlərin institutlaşmasına, sərhədlərin açılmasına və daha geniş əməkdaşlığa çevriləcəyinə ümid yaradır.
Sarkis Xandanyan, həmçinin Ermənistanla Azərbaycan arasında sülhün artıq bərqərar olduğunu bəyan edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:27
Bu xəbər 19 Noyabr 2025 13:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















