İrəvan “Tramp marşrutu” ilə bağlı son durumu AÇIQLADI
Redaktor.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Ermənistan və ABŞ TRIPP (“Tramp marşrutu”) layihəsinin parametrlərini hazırlamağa davam edir.
Redaktor.az xəbər verir ki, bu barədə Ermənistan baş nazirinin müavini Mqer Qriqoryanın ofisindən yerli mediaya bildirilib.
“Hazırda TRIPP layihəsinin icrası çərçivəsində ABŞ tərəfi ilə birgə, o cümlədən dəmir yolu komponenti üzrə araşdırmalar, hesablamalar və tədqiqat işləri aparılır”, - açıqlamada deyilib.
Qeyd edilib ki, araşdırmanın ilkin variantı yaxın vaxtlarda hazırlanacaq.
Layihənin yekun parametrləri hazırkı mərhələdə hələ formalaşdırılmayıb. Qriqoryanın ofisi vurğulayıb ki, marşrut, layihənin dəyəri, texniki xüsusiyyətlər və TRIPP-in digər detalları ilə bağlı suallara konkret cavab araşdırma başa çatdıqdan sonra verilə bilər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:78
Bu xəbər 19 Avqust 2026 10:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















