İrəvan yekun sülh sazişinin imzalanmasına çalışmalıdır AÇIQLAMA
Bakivaxti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Ermənistan Türkiyə investisiyalarına açıqdır.
Bakıvaxtı.az xəbər verir ki. bunu Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan Türkiyə ilə münasibətlərdən danışarkən deyib.
Onun sözlərinə görə, münasibətlər normallaşar və sərhəd açılarsa, Ermənistan Türkiyə investisiyalarını qəbul etməyə hazırdır:
"Ermənistan investorları da Türkiyəyə sərmayə qoya bilər, çünki qonşu ölkələrlə iqtisadi əməkdaşlıq olmadan dayanıqlı dövlət qurmaq mümkün deyil. Bir neçə Türkiyə şirkəti, əsasən geyim brendləri 2012-ci ildən Ermənistanda fəaliyyət göstərir".
Politoloq Tural İrfan Bakıvaxtı.az-a deyib ki, Ermənistanın Türkiyə və bir sıra ölkələrlə siyasi, iqtisadi, ticari əlaqələrinin hansı formada inkişafı Azərbaycanla sülh sazişinə bağlıdır.
Analitik vurğulayıb ki, Ermənistan və Türkiyə arasında da bir çox sahələrdə iqtisadi əlaqələr qurula bilər:
"Ermənistan buna möhtacdır. Odur ki, indidən buna can artır. Nəhayət etiraf edirlər ki, ölkənin inkişafı və dayanıqlı olması qonşu dövlətlərlə normal münasibətlər və əlaqələrdən keçir. Qarşılıqlı təmaslar müəyyən dərəcədə əlaqələri bərpa etsə də, əsas köklü və rəsmi münasibətlər, iqtisadi layihələrin icrası sülh sazişi tam imzalandıqdan sonra mümkündür. Yekun saziş qəbul edilənə qədər yüksək əlaqələrin inkişafı isə tədricən mümkündür”.

Tural İrfan: Yekun saziş qəbul edilənə qədər yüksək əlaqələrin inkişafı tədricən mümkündür
Müsahibimiz vurğuıayıb ki, hazırda əsas öhdəlik Ermənistanın üzərindədir:
“İrəvan özü çalışmalıdır ki, yekun sülh sazişi imzalansın və bəyan etdikləri kimi qonşu ölkələr ilə köklü əlaqələr qurulsun”.
Aydın Baxış


