Icma.az
close
up
RU
İrəvana gedən azərbaycanlı ekspertlər Qriqoryanla nə danışıblar? AÇIQLAMA

İrəvana gedən azərbaycanlı ekspertlər Qriqoryanla nə danışıblar? AÇIQLAMA

Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ötən gün Azərbaycanın vətəndaş cəmiyyəti nümayəndələrinin Ermənistanın paytaxtı İrəvan şəhərinə səfəri baş tutub.

Səfər çərçivəsində Azərbaycandan Ermənistana yollanan nümayəndə heyətinin tərkibinə Cənubi Qafqaz Araşdırmalar Mərkəzinin rəhbəri Fərhad Məmmədov, Topçubaşov Mərkəzinin həmtəsisçisi və direktoru Rusif Hüseynov, Milli QHT Forumu İdarə Heyətinin sədri Ramil İskəndərli, eləcə də Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin Qadınlar Sülh və Əmin-Amanlıq Mərkəzinin rəhbərləri Kəmalə Məmmədova və Dilarə Əfəndiyeva daxil olublar.

Onlar, həmçinin Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşüblər.

Modern.az tarixi əhəmiyyətli görüşlə bağlı Topçubaşov Mərkəzinin həmtəsisçisi və direktoru Rusif Hüseynovla əlaqə saxlayıb.

Saytımıza açıqlamasında o bildirib ki, Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələrindən ibarət heyətin Ermənistana səfəri əslində tarixi bir mərhələ kimi qiymətləndirilə bilər.

“İndiyədək hər iki ölkənin müxtəlif ictimai-siyasi xadimləri, jurnalistlər, idmançılar, eləcə də bəzi hallarda deputatların müxtəlif qarşılıqlı səfərləri baş tutsa da, bu dəfə reallaşan səfər ilk dəfə olaraq ikitərəfli təşəbbüs və razılaşdırılmış çərçivə əsasında həyata keçirilib. Bu baxımdan səfəri yüksək qiymətləndiririk”.

R.Hüseynovun sözlərinə görə, səfərin əsas məqsədi 8 avqustda Vaşinqtonda baş tutan tarixi görüş və orada imzalanmış Birgə Bəyanamənin ruhuna uyğun olaraq sülh prosesinə vətəndaş cəmiyyətinin töhfəsini müəyyənləşdirmək, həmçinin bu prosesdə fəal iştirak etmək olub:

“Qrupumuz, ümumilikdə vətəndaş cəmiyyəti nümayəndələrindən ibarət qrup adlandırılsa da, tərkibdə beyin mərkəzlərinin, media orqanlarının və müxtəlif qeyri-hökumət təşkilatlarının təmsilçiləri yer alıb. Bu da bizə qarşı tərəfdəki həmsöhbətlərimizlə hər iki cəmiyyəti maraqlandıran mühüm mövzuları qaldırmaq və konstruktiv müzakirələr aparmaq imkanı yaratdı.

Ünsiyyət əsasən qeyd etdiyim kimi, konstruktiv mühitdə qurulmuşdu. Biz çalışdıq ki, konflikt və mübahisə doğura biləcək məsələlərdən uzaq duraraq daha çox ortaq məqamlara diqqət yönəldək. Təbii ki, bu proses hər iki xalq üçün həssas və emosional məna daşıyır. Azərbaycan nümayəndə heyəti olaraq biz də öz cəmiyyətimizin narahatlıqlarını, travmalarını və gözləntilərini yaxşı bilirik və bu məqamları qarşı tərəfə aydın şəkildə çatdırdıq”.

Müsahibimiz onu da əlavə edib ki, səfərdə iştirak edən Azərbaycan və Ermənistan nümayəndə heyətləri Ermənistan Respublikası Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ilə də görüş imkanı əldə ediblər:

“Bu görüş xüsusi əhəmiyyət daşıyırdı, çünki İrəvana səfər etmiş azərbaycanlı nümayəndələr üçün Ermənistan dövlətinin mövqeyini, xüsusilə də sülh prosesinə rəsmi İrəvanın baxışını birbaşa öyrənmək mühüm idi. Görüş zamanı tərəflər sülh gündəliyinə dair bir sıra suallar qaldırdılar. Armen Qriqoryanın çıxışında da proseslə bağlı daha çox optimist və nikbin ruha kökləndiyi hiss olunurdu”.

Yekun olaraq həmsöhbətimiz vurğulayıb ki, görüşün reallaşması onlar üçün çox önəmli səciyyə daşıyıb:

“İlk növbədə, səfərin sırf ikitərəfli xarakter daşıması və azərbaycanlı iştirakçıların birbaşa Ermənistana səfər edə bilməsi baxımından tarixi əhəmiyyət kəsb edir. Qarşımızda müəyyən planlar və ideyalar dayanır. Ümid edirik ki, nəzərdə tutduğumuz istiqamətlər üzrə Azərbaycan və Ermənistan liderləri tərəfindən aparılan dövlətlərarası sülh gündəliyinə biz də öz müəyyən töhfəmizi verə biləcəyik”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:55
embedMənbə:https://modern.az
archiveBu xəbər 23 Oktyabr 2025 12:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see248

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see225

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see209

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see203

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see200

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see187

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see176

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see162

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see160

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see154

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see153

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see145

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see145

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see143

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see139

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see138

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see136

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see135

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see135

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri