Icma.az
close
up
RU
İrəvana gedən azərbaycanlı ermənilərə “Qərbi Azərbaycan”dan danışdı

İrəvana gedən azərbaycanlı ermənilərə “Qərbi Azərbaycan”dan danışdı

Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Bizim Ermənistana heç bir ərazi iddiamız yoxdur, lakin Ermənistan Konstitusiyasında - Müstəqillik Bəyannaməsində Azərbaycana qarşı ərazi iddiaları var və bu, sülh sazişinin imzalanmamasına yeganə maneə ola bilər”.
Modern.az xəbər verir ki, bunu sentyabrın 22-də NATO Parlament Assambleyasının Rouz-Roth seminarında iştirak etmək üçün İrəvana gedən azərbaycanlı ekspert, Topçubaşov Mərkəzinin təsisçisi Murad Muradov erməni jurnalistlərlə söhbətində deyib.
"Bakı üçün Ermənistan Konstitusiyasındakı ərazi iddiasının çıxarılması vacibdir. Yalnız bu, sülh sazişinin imzalanmasına maneə olaraq potensial hüquqi əsaslar yaradır", - Muradov əlavə edib.

Jurnalistlər qeyd ediblər ki, Azərbaycan Konstitusiyasında da Ermənistana qarşı ərazi iddiaları nəzərdə tutan müddəalar var. Niyə burada qarşılıqlılıq prinsipi tətbiq edilmir? Üstəlik, onlar qeyd ediblər ki, qısa müddət ərzində Konstitusiyanın dəyişdirilməsi mümkün deyil; referendum lazımdır.
Azərbaycanlı nümayəndə belə cavab verib: "Azərbaycan Konstitusiyası heç bir ərazi iddiası irəli sürmür. Daha doğrusu, orada göstərilir ki, Azərbaycan Cənubi Qafqazın şərq regionunun bir hissəsidir, lakin Azərbaycanın Konstitusiyamıza əsasən heç bir ərazi iddiası və ambisiyası yoxdur".

Erməni jurnalistlər “Qərbi Azərbaycan” ifadəsinin nəyi nəzərdə tutduğunu və bunun ərazi iddiası təşkil edib-etmədiyini soruşduqda Muradov belə cavab verib:
“Qətiyyən yox. “Qərbi Azərbaycan” dedikdə, biz regional bütövlüyün qorunmasını nəzərdə tuturuq. Qərbi Azərbaycan İcması daha çox xalqın mənafeyinə xidmət edən və mədəni irslə maraqlanan QHT-dir, çünki insanlar uzun illərdir bu ərazilərdə yaşayıblar və öz doğmalarının məzarlarını ziyarət etmək istəyirlər. “Qərbi Azərbaycan” daha çox xalqın mənafeyinə və mədəni irsinə xidmət edən anlayışdır".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://modern.az
archiveBu xəbər 22 Sentyabr 2025 16:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see661

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see514

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see514

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see330

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see319

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see312

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see311

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see307

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see300

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see292

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see267

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see266

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see263

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see259

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see258

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see258

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see255

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see253

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see253

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see229
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri