İrəvanda avtobus aşdı: çoxlu turist yaralandı
Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Ermənistanın paytaxtı İrəvanda “Hyundai” markalı avtobusun aşması nəticəsində 11 nəfər xəsarət alıb. Onların hamısı Hindistan vətəndaşıdır.
Modern.az xəbər verir ki, bu barədə İrəvan meriyasının Səhiyyə İdarəsinin rəisi David Karapetyan yerli mətbuata bildirib.
Qəza oktyabrın 23-də, saat 09:00 radələrində baş verib.
Xəsarət alanlardan 4-ü “Surb Qriqor Lusavoriç” tibb mərkəzinin müxtəlif şöbələrinə yerləşdirilib. Onların vəziyyəti stabil və qənaətbəxş qiymətləndirilir.
David Karapetyanın sözlərinə görə, digər 7 nəfər “İrəvan” tibb mərkəzinə aparılıblar.
“Xəsarət alan yeddi nəfərin hamısı "İrəvan" tibb mərkəzinə çatdırılıb. Onların hamısı hindistanlıdır. Hamısına ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar”, – deyə o bildirib.
“Surb Qriqor Lusavoriç” tibb mərkəzinə yerləşdirilən dörd nəfər də Hindistandandır.
Məlumata görə, aşan avtobus Ermənistanda tanınmış tikinti şirkəti “MLL İndastrial” MMC-nin balansındadır.
Baxış sayı:73
Bu xəbər 23 Oktyabr 2026 15:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















