Icma.az
close
up
RU
İrəvanda bir addım irəli, iki addım geri: Sülh sazişi imzalanmayacaq”

İrəvanda bir addım irəli, iki addım geri: Sülh sazişi imzalanmayacaq”

Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.

Ermənistan silahlı qüvvələrinin Kəlbəcər istiqamətindəki son təxribatçı addımları və bu addımların Avropa İttifaqı (Aİ) missiyasının dəstəyi ilə bağlılığı regional gərginliyi artırır.

Həm də sual doğurur ki, İrəvanı bu istiqamətdə hərəkət etməyə nə vadar edir? 

Rusiyalı politoloq, təhlükəsizlik üzrə ekspert Yevgeni Mixaylov “Cümhuriyət”-ə mövzu ilə bağlı açıqlamasında yaxın zamanda Ermənistan və Azərbaycan arasında sülh sazişinin imzalanmayacağını bildirib. O hesab edir ki, Ermənistanın Kəlbəcər rayonunda atdığı hərbi addımlar buna əsaslanır:

"Vəziyyəti izləmək, vəziyyəti təhlil etmək və mümkün qarşıdurmalara hazır olmaq lazımdır. Bundan sonra diplomatik iş başlayacaq, çünki İrəvan hər zaman bir addım irəliləyib, iki addım geri gedir. Amma bir daha qeyd etmək lazımdır ki, artıq bütün gözlər Cənubi Qafqaz üzrə Amerikanın qərarlarına və hərəkətlərinə yönəlib.

Tramp və onun komandası bu regionda necə hərəkət edəcək? Əgər Tramp vəziyyəti çox çalxalamağa ehtiyac duymayacaqsa və Putinlə nüfuz bölgüsü haqqında razılaşarsa, onda bu regionda gərginliyi artırmaq üçün aparılan bütün tədbirlər sona çatacaq".

 Ekspert qeyd edib ki, bundan sonra danışıqlar prosesi davam edəcək və bu, sülh sazişinə aparacaq:

 "Başqa bir şəkildə mən bunu təsəvvür etmirəm. Hazırda Rusiya əleyhinə başqa ölkələr müəyyən addımlar atır. Onlar özlərinin aqressiv hərəkətə hazır olduqlarını göstərirlər. Eyni şey hazırda Ermənistan və Azərbaycan arasında da baş verir. Ermənistan bu cür addımlar atır və Avropa İttifaqının dəstəyinə ümid edir.

Amma bunun böyük bir miqyasda nəticə verəcəyinə zəmanət yoxdur. Məncə, bu, çox vacib bir münaqişə olacaq, çünki İrəvanda buna hazır deyillər. Onlar ordunu yenidən hazırlamalı, bunun üçün Qərb təlimçilərindən istifadə etməlidirlər. Amma Amerika Birləşmiş Ştatları bu hazırlığa qatılacaqmı və ya bu məsələdə iştirak edəcəkmi? İndi çox şey Trampın mövqeyindən asılıdır”.

Səbinə Uğur
"Cebheinfo.az"

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:83
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 02 Fevral 2025 13:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see257

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see236

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see156

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see151

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see148

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see146

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see144

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see139

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri