Icma.az
close
up
RU
İrəvanda gerçəkliyin etirafı mövsümü

İrəvanda gerçəkliyin etirafı mövsümü

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Nikol Paşinyana ünvanlanan suallar isə miflərin hələ də yaşadığını göstərir

Ermənistan hökumətinin sentyabrın 19-da keçirilən iclasından sonra brifinqdə Baş nazir Nikol Paşinyana jurnalistlər tərəfindən bir sıra suallar ünvanlanıb. Onlardan biri Gorus–Qafan yolunun müəyyən hissəsinin Azərbaycana təhvil verilməsi ilə bağlı olub. Sual belə səslənib: “Əgər delimitasiya və demarkasiya prosesi hələ həyata keçirilməyibsə, nə üçün bu yol şifahi razılaşma əsasında Azərbaycana verildi?”. Paşinyan suala cavabında bu addımı düzgün hesab etdiyini bildirib. Onun sözlərinə görə, Ermənistan silahlı qüvvələri buradan geri çəkilərək beynəlxalq aləmdə tanınmış sərhəd xəttində yerləşdirilib: “Bəli, bunu demarkasiya olmadan etdik və düzgün etdik”, – deyə Paşinyan vurğulayıb.

Bu açıqlama, əslində, Ermənistanın son illər post-müharibə reallıqları ilə barışmaq məcburiyyətində qaldığını göstərir. Paşinyanın cavabı həm də o deməkdir ki, İrəvan rəsmi şəkildə mövcud sərhədlərin legitimliyini qəbul edir və Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Xatırladaq ki, söhbət Gorus–Qafan magistral yolunun Azərbaycanın suveren ərazisindən keçən hissəsindən gedir. Yol 44 günlük Vətən müharibəsindən dərhal sonra Azərbaycanın nəzarətinə qaytarıldı. Ermənistan tərəfinin bu etirafı bir daha təsdiqləyir ki, həmin ərazilərin Azərbaycana məxsusluğu mübahisə predmetinə çevrilə bilməz. Prosesdə analitik baxımdan iki məqam diqqəti çəkir. Birincisi, Ermənistan hökuməti beynəlxalq hüquq normalarını nəzərə almaq məcburiyyətində olduğunu anlayır və praktiki addımları ilə bunu göstərməyə çalışır. İkincisi, post-münaqişə dövründə Ermənistanın manevr imkanlarının ciddi şəkildə məhdudlaşdığını dərk edən Paşinyan ritorikasının daxili siyasi dairələrdə narazılıq yaratmasını da görməzdən gəlir. Əslində, Ermənistan baş nazirinin bu bəyanatı Azərbaycan diplomatiyasının və hərbi uğurlarının məntiqi nəticəsi kimi qiymətləndirilməlidir. Çünki İkinci Qarabağ müharibəsindən sonra yaranmış yeni geosiyasi mühit Ermənistanı çıxılmaz vəziyyətə salıb. Ona görə də rəsmi İrəvan sərhədlərin tanınmasını etiraf etməklə mövcud vəziyyəti sabit saxlamaq istəyir.

Yeri gəlmişkən, iki il öncə “Mülki müqavilə” fraksiyasının deputatı Vaaqn Aleksanyana brifinqdə Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımağa hazır olması kontekstində yol məsələsini şərh edərkən eyni etirafla gündəmə gəlmişdi. O demişdi ki, Gorus–Qafan yolunun Azərbaycanın nəzarətinə keçən hissəsi Ermənistanın sərhədlərinə daxil deyil. Erməni tərəfinin niyə 30 ilə yaxın müddətdə Gorus–Qafan yolunun sözügedən hissəsindən istifadə edə bildiyi məsələsinə toxunan deputat bildirmişdi ki, bu, birinci Qarabağ müharibəsində müvəqqəti mümkün olmuşdu, amma həmin yolun nəzarətdə saxlanılması beynəlxalq hüquqa söykənmirdi. Deputat, eyni zamanda, keçmiş hakimiyyət orqanlarını məsuliyyətsizlikdə ittiham etmişdi. Bu açıqlamalar bir daha göstərir ki, əvvəllər tez-tez gündəmə gətirilən “status-kvo” illüziyası Ermənistan rəhbərliyini real təhlükələri görməməsinə səbəb olub. Nəticədə, ölkənin hərbi-siyasi rəhbərliyi balanslaşdırılmış strategiya qura bilməyib.

Xatırladaq ki, Gorus–Qafan yolu hələ sovet dövründə regionun mühüm nəqliyyat arteriyalarından biri olub. Yol uzun illər həm sərnişin, həm də yükdaşımalarının aparıcı marşrutu kimi regional kommunikasiya sistemində xüsusi rol oynayıb. Bugünkü geosiyasi şəraitdə də yolun əhəmiyyəti azalmır, əksinə, artır. Çünki post-münaqişə dövründə regionda kommunikasiya xətlərinin bərpası və yeni nəqliyyat dəhlizlərinin istifadəyə verilməsi məsələsi Cənubi Qafqaz üçün strateji prioritetlərdən biridir. Kommunikasiyaların bərpası sərnişin və yükdaşımalarının həcmini artırmaqla regiona daha çox sərmayə cəlb edilməsinə, iqtisadi əlaqələrin dərinləşməsinə və ticarət dövriyyəsinin genişlənməsinə şərait yaradır. Xüsusilə nəzərə alınmalıdır ki, Zəngəzur dəhlizinin (TRIPP) istifadəyə verilməsi ilə Şərq–Qərb nəqliyyat xətti yeni məzmun qazanacaq. Dəhliz vasitəsilə Asiya və Avropa arasında tranzit marşrutlarının genişlənməsi gözlənilir. Praktiki baxımdan bu, Cənubi Qafqazı qlobal logistika zəncirində mühüm həlqəyə çevirəcək.

Gorus–Qafan marşrutu Cənubi Qafqazda Şimal–Cənub və Şərq–Qərb əlaqələrində alternativ yol funksiyasını yerinə yetirir. Zəngəzur dəhlizi (TRIPP) kimi transmilli layihələri reallaşdıqca Gorus–Qafan marşrutu daha geniş beynəlxalq logistika zəncirlərinə qoşulacaq. Bu yol Cənubi Qafqaz vasitəsilə Asiya–Avropa ticarət həcmlərinin artmasına töhfə verə bilər. Bir məqamı da yada salaq ki, Gorusdan Qafana iki yol uzanır. Bunlardan biri M2 dövlətlərarası magistral yoludur. Magistral yolun Şahverdilər, Şurnuxu kəndləri və Qafan yaxınlığından keçən hissəsinə hazırda Azərbaycan nəzarət edir. 2021-ci ilin sentyabrında Azərbaycan tərəfi haqlı olaraq Gorus–Qafan yolunun Şahverdilər kəndi ərazisindən keçən hissəsində (həmin yer hazırda Qubadlı rayonunun Eyvazlı kəndinə məxsusdur) gömrük və polis postu quraraq Ermənistana yük daşıyan İran maşınlarını dayandırıb yoxlamağa başlamışdı. Tədbirlər nəticəsində Gorus–Qafan yolu ilə tarixin arxivinə gömülmüş separatçı rejimin tör-töküntülərinin qanunsuz yükdaşımalarına son qoyulmuşdu.

Ceyhun MƏMMƏDOV,
Milli Məclisin deputatı

Əslində, təəssüflə qeyd etməliyik ki, Ermənistan cəmiyyəti hələ də tam mənada “sağalmayıb”. Məsələ ondadır ki, uzun illər boyu uydurma tarix və əsassız ərazi iddiaları həmin cəmiyyətin düşüncə tərzinə hopub.

Bu, bir növ siyasi-ideoloji xəstəlikdir və görünən odur ki, Ermənistan bu ağır sindromdan qurtula bilmir. Paşinyana ünvanlanan suallar bunu bir daha sübut edir. Proseslərin pərdəarxasında xarici faktorların təsirini də qeyd etmək lazımdır. Müəyyən dairələr Paşinyanı “satqın” kimi qələmə verməklə onun seçkilərdə qələbə qazanmasının qarşısını almağa çalışırlar. Həmçinin kilsənin və keçmiş cinayətkar rejimin varislərinin də Paşinyana müqaviməti müşahidə olunur. Onlar öz siyasi mövqelərini itirmək qorxusundan cəmiyyətdə revanşist əhval-ruhiyyəni qızışdırmağa cəhd edirlər. Belə olan halda Paşinyanın zaman-zaman etdiyi etiraflar təsadüfi xarakter daşımır. Bu, həm Ermənistanın daxili auditoriyasına, həm də beynəlxalq tərəfdaşlara ünvanlanan mesajdır ki, o, reallıqları qəbul etməyə və gələcəkdə gərginliklərin qarşısını almağa çalışır.

Yol məsələsinə gəldikdə isə, Gorus-Qafan yolunun müəyyən hissələrinin Azərbaycanın nəzarəti altında olması tarixi və hüquqi əsaslara söykənən reallıqdır. Azərbaycan öz suveren hüquqlarını bərpa edib və bu yol üzərində qurulan sərhəd nəzarəti də həmin hüquqların məntiqi davamıdır. Əgər regionda münasibətlərin sülh istiqamətində inkişafından danışırıqsa, Ermənistanın bu reallığı qəbullanıb ona uyğun davranmaqdan başqa çıxış yolu yoxdur. Çünki nəqliyyat arteriyalarının statusu və ondan istifadə qaydaları beynəlxalq hüququn prinsiplərinə, sərhədlərin toxunulmazlığına əsaslanmalıdır.

Nəzrin ELDARQIZI
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:121
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 21 Sentyabr 2025 09:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Asif İbrahimov: Hazırda bazarlar neftdən çox müharibəyə reaksiya verir

23 İyul 2026 14:47see506

ABŞ administrasiyası diplomatiyaya qapını bağlamaq istəmir

23 İyul 2026 15:33see433

Premyer Liqa klubundan Qarnaçoya 50 milyon avroluq təklif Çelsi satacaqmı?

23 İyul 2026 01:30see413

İspaniyada DÇ 2026 çempionlarını POMİDORLA mükafatlandırdılar VİDEO

23 İyul 2026 01:02see380

“Liverpul”un potensial həmsahibləri Vinisius və Oliseni transfer etmək istəyirlər

23 İyul 2026 00:50see297

Azərbaycan Mədəniyyəti 2040 Konsepsiyası çərçivəsində 84 genişmiqyaslı tədbirə nəzarət mexanizmi yaradılıb

23 İyul 2026 11:35see295

5 dəqiqəlik üsulla stressi idarə edin

23 İyul 2026 15:05see284

Ət niyə od tutub yanır?

23 İyul 2026 13:49see278

Sosial yardımlar və müavinətlərin ödəniləcəyi tarix AÇIQLANDI

23 İyul 2026 18:24see268

Braqa dan qələbə, Başakşehir dən heç heçə

23 İyul 2026 02:45see251

Müstəmləkəçiliyə qarşı mübarizə əzmimiz

23 İyul 2026 11:13see251

Dövlət bağçası, yoxsa özəl?

24 İyul 2026 09:16see245

Gürcüstanın işığını kimsə söndürdü?.. KİBER HÜCUM? Yoxsa!.. FOTO

24 İyul 2026 07:39see238

İngiltərədən İrana savaş mesajı verildi: “Hazırıq!” KONKRET

24 İyul 2026 09:21see225

Azərbaycana turist axını zəifləyir: İqtisadçı acı reallığı açıqladı

23 İyul 2026 18:49see222

Neft 100 dollar oldu: Maaş və pensiya artacaq?

23 İyul 2026 17:27see219

Yuxuda kosmosa uçmağın mənası nədir?

24 İyul 2026 09:24see219

2 ci kurs tələbəsi vəfat etdi

24 İyul 2026 09:18see218

Avropada benzinin qiyməti qalxdı

23 İyul 2026 18:48see216

Azərbaycanın smartfon aldığı ölkələr Lider KİMDİR?

23 İyul 2026 19:12see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri