İrəvanda həbs edilən rusiyalı milyarder Samvel Karapetyan KQB zirzəmisi nə aparılır?
Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.
İrəvan Məhkəməsi tərəfindən iki aylıq həbsinə qərar verilən "Taşir" şirkətlər qrupunun rəhbəri, rusiyalı milyarder Samvel Karapetyanın Ermənistan Milli Təhlükəsizlik Xidmətinin ("İrəvan-Kentron" cəzaçəkmə müəssisəsi) binasındakı məşhur "KQB zirzəmisi"nə aparılması planlaşdırılır.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Ermənistanın Mediahub.am nəşri öz mənbələrinə istinadən məlumat verib.
Nəşrin məlumatına görə, artıq bu məqsədlə bir qrup maskalı şəxs "Armavir" cəzaçəkmə müəssisəsinə gəlib.
Karapetyanın vəkilləri hələlik bu məsələ ilə bağlı şərh verməyiblər.
Xatırladaq ki, rusiyalı milyarder Samvel Karapetyan Ermənistan Cinayət Məcəlləsinin 422-ci maddəsinin 2-ci hissəsi üzrə - hakimiyyətin ələ keçirilməsinə açıq çağırış, ərazi bütövlüyünün pozulması, suverenlikdən imtina və konstitusiya quruluşunun zorakılıqla devrilməsi ilə ittiham olunub və 2 ay müddətinə həbs edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:67
Bu xəbər 24 İyun 2025 13:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















