İrəvanda qaldırılan bayraq müzakirələrə səbəb oldu FOTO
GlobalInfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
İrəvandakı Rus Kitab Evinin yaxınlığında Ermənistan və Rusiya bayraqlarının yanında Avrasiya İqtisadi İttifaqının (Aİİ) bayrağı qaldırılıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “Fakt” qəzeti məlumat yayıb.
Nəşr yazır ki, təşəbbüsün müəllifi erməni ictimai-siyasi xadim, “Mənim ölkəm, mənim Ermənistanım” ictimai hərəkatının rəhbəri Mher Avetisyandır.
O, “Fakt”a müsahibəsində məlumatı təsdiqləyib. Avetisyan, paytaxtda Aİİ bayrağı qaldırmaqla Ermənistanın Avropa İttifaqına yönəlməyəcəyinə, onun üçün sərfəli yerdə qalmaqda davam edəcəyinə açıq siqnal verdiyini bildirib.
Bu addım erməni ictimaiyyətində maraqla qarşılanıb. Avropaya yönəlmək istəyən kəsimlə, rusmeyilli qüvvələr arasında müzakirələrə səbəb olub.
Qeyd edək ki, bundan öncə Rusiyanın xarici işlər nazirinin müavini Mixail Qaluzin Ermənistanın Aİİ-də qalmaq, ya da Avropa İttifaqına getmək arasında seçim etməli olduğunu deyib, bu iki təşkilata eyni anda üzv olmağın mümkünsüzlüyünü vurğulayıb.
Ayşən Mustafa
Globalinfo.az
Baxış sayı:151
Bu xəbər 15 Aprel 2025 10:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















