İrəvanda XÜSUSİ ƏMƏLİYYAT kilsəni dəstəkləyən biznesmeni belə həbs etdilər
Lent az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
İrəvanda "Taşir" şirkətinin ofisində Cinayət Məcəlləsi çərçivəsində “təcili əməliyyat tədbirləri” keçirilir.
Lent.az xəbər verir ki, Ermənistan İstintaq Komitəsinin yaydığı məlumata görə, biznesmen Samvel Karapetyan həbs edilib.
Məlumata görə, “təcili əməliyyat tədbirləri” Samvel Karapetyanla bağlı cinayət işi çərçivəsində həyata keçirilib.
Təhlükəsizlik qüvvələri hazırda həbs olunan iş adamı Samvel Karapetyanın "Taşir" şirkətinin mərkəzi ofisində axtarış aparmağa başlayıb.
Qeyd edək ki, Ermənistan Polisi “Taşir” Şirkətlər Qrupunun rəhbəri, rusiyalı biznesmen Samvel Karapetyanın evində də axtarışlara başlayıb. Hər şey iş adamı Erməni Apostol Kilsəsinin müdafiəsinə qalxdıqdan sonra başlayıb.
Ermənistanın Baş naziri Nikol Paşinyan da yaşananlara sosial şəbəkə hesabında münasibət bildirib:
“Bura sizin üçün Kaluqanın Nijniy Tapr kəndi yox, Ermənistandır. Ümid edirəm ki, dövlətin dadı damağınızda qalacaq”.
Məhkəmə Samvel Karapetyanın barəsində iki ay müddətinə həbs-qətimkan tədbiri seçib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:35
Bu xəbər 02 İyul 2025 12:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















