İrəvandakı 2020 iğtişaşlarına görə daha 7 nəfərə ittiham irəli sürüldü
Bakivaxti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Ermənistanda 2020-ci ilin noyabrında baş verən iğtişaşlarla bağlı istintaq davam edir.
Bakıvaxtı.az bu barədə Ermənistan mətbuatına istinadla xəbər verir.
Yerli mətbuatın yazdığına görə, daha 7 nəfərə qarşı ittiham irəli sürülüb. Onlar hökumət və parlament binalarına, eləcə də baş nazirin iqamətgahına daxil olaraq iğtişaş törətməkdə və oğurluqda şübhəli bilinirlər.
Bildirilib ki, şübhəlilər arasında qızıl-zinət əşyaları, pul və rəsmi sənədlər oğurlayanlar da var.
Məlumata görə, şəxslərin barəsində ittiham aktı təsdiqlənməsi üçün prokurora göndərilib, həmin şəxslərin ölkədən çıxışına qadağa qoyulub və onlar məhkəməyə qədər nəzarət altına alınıblar.
Əli Hüseynov
Baxış sayı:58
Bu xəbər 31 İyul 2025 23:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















