Icma.az
close
up
RU
İrəvandan Azərbaycana təhlükəli genişlənmə... Generalın məqaləsindəki şifrələr

İrəvandan Azərbaycana təhlükəli genişlənmə... Generalın məqaləsindəki şifrələr

Icma.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.

“Azərbaycan Təhlükəsizlik Şurasının katibi general-polkovnik Ramil Usubovun məqaləsindəki tezislər dövlətin hücum və müdafiə öhdəlikləri kontekstində strategiyasını dərinləşdirdiyinə birbaşa işarə vurur. Bu strategiya təkcə Ermənistanın mümkün hərbi təxribatlarına qarşı deyil, eləcə də, İrəvan üzərindən Azərbaycana qarşı təhlükəli genişlənmə həyata keçirmək istəyən qlobal və regional güclərə qarşı mübarizəni təmsil edir”.

Bu sözləri Globalinfo.az-a analitik Aqşin Kərimov Azərbaycan Təhlükəsizlik Şurasının katibi Ramil Usubovun məqaləsindəki tezisləri şərh edərkən deyib.

Onun sözlərinə görə, Ermənistanı hərbi cəbhədə silahlandırmaq istəyənlər – əsasən Fransa və Hindistan – regionda kəşfiyyat fəaliyyətlərini də genişləndirirlər:

“Mümkündür ki, Azərbaycanın regional dinamikaya təsirlərini azaltmaq üçün Bakıya qarşı cəbhənin flaqmanı olan dövlətlər ziddiyyətli maraqları olsa da, kəşfiyyat fəaliyyətlərini koordinasiya edirlər.

Deməli, Ramil Usuovun ifadə etdiyi mövqedəki “xarici dövlətlər”ə qarşı mesajlar Azərbaycanın perspektiv kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətləri ilə əlaqədar yeni mərhələli güclü müdafiə qabiliyyətləri quracağını vurğulayır.

Əgər İrəvan Bakının tələbləri əsasında sülh müqaviləsini imzalamaqdan imtina edərsə, prosesin Ermənistan üçün nəticələri daha acınacaqlı olacaq.

Ramil Usubovun yazdığı cümlələr Ermənistan üçün açıq tərəfləri ilə bərabər, həm də gizli bir çağırışdır. Açıq faza Ermənistanla razılaşdırılmış sülh və təhlükəsizlik elementlərinin daha da təkmilləşərək Azərbaycanın mütləq strateji xeyrini dərinləşdirmək, prosesin Zəngəzur dəhlizinin, Qərbi azərbaycanlıların qayıdışı ilə yekunlaşdırılmasını təmin etməkdir”.

Aqşin Kərimov

Ekspert deyib ki, qapalı mərhələ isə İrəvanın sülh gündəmindən yayınacağı halda atılacaq addımlardır:

“Biz bu mərhələni təkcə hərbi-strateji müstəvidə deyil, həm də kəşfiyyat sahəsindəki böyük həmlələrlə təsvir edə bilərik.

Nəticə olaraq, məqalənin mahiyyəti İrəvan uğrunda aparılan mübarizənin açıq və qaranlıq tərəflərində Azərbaycanın genişləndirilmiş vahid strategiya tətbiq edəcəyini bildirir.

Azərbaycan İrəvanı sülhə, buna qarşı olanlar isə İrəvanı təxribata, eskalasiyaya çəkmək istəyir. Məqalədən çıxara biləcəyimiz ikinci nəticə, Azərbaycanın İrəvanı sülh gündəmindən geri çəkmək istəyən güclərlə həm də kəşfiyyat “müharibəsinə” hazırlıq potensialını nümayiş etdirir”.

Turan Rzayev
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:138
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 05 Noyabr 2024 12:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see212

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see195

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see173

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see165

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see154

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see152

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see150

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see150

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see135

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see131

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see130

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see129

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see127

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri