İrəvandan Bakının tələblərinə cavab: TRİPP ə başlayırlar
Icma.az, Olke.az portalına istinadən məlumat yayır.
Ölkə.az xəbər verir ki, bunu Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryan hökumətin bu gün keçirilən iclasında deyib.
“Biz layihənin ilkin variantlarını müzakirəyə təqdim edəcəyik, bundan sonra isə faktiki dizayn işlərinə başlanılacaq”, - o bildirib.
Baş nazir Nikol Paşinyan da öz növbəsində söyləyib ki, TRIPP layihəsi praktiki icra mərhələsinə keçir.
Onun sözlərinə görə, Ermənistan və ABŞ şirkətin yaradılması ilə bağlı razılaşmanın son mərhələsindədirlər.
Qeyd edək ki, Baş nazirin müavini Mher Qriqoryanın rəhbərlik etdiyi işçi qrupu dünən, yəni oktyabrın 21-də işin praktik hissəsinə başlamaq üçün Zəngəzura səfər edib.
O vurğulayıb ki, işçi qrupu layihələndirmə işlərinin başlanmasını təşkil etmək üçün Zəngəzura gedib.
M.Qriqoryanın bunun dəmir yolları, avtomobil yolları və enerji infrastrukturuna aid olduğunu qeyd edib.
Onun sözlərinə görə, dəmir yolu ilə bağlı hər şey aydındır, onun hara gedəcəyi məlumdur:
“Yollara gəldikdə, modelləşdirmə məsələsi qalır, çünki çətin hissələr var. Son həll yolu rəqabətli olmalıdır, çünki bu, tranzit yoludur. Tranzit yolu rəqabətli olacaq və regional üstünlüyə malik olarsa, xərclərimiz effektiv olacaq”.
Baş nazirin müavini onu da bildirib ki, Ermənistan və ABŞ TRIPP İnkişaf Şirkətinin yaradılmasının son mərhələsindədirlər. tərəfindən investisiya olaraq bu şirkətin rəhbərliyinə veriləcək.
Mürtəza
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:57
Bu xəbər 22 Oktyabr 2026 13:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















