Icma.az
close
up
RU
İrəvandan gözlənilməz addım: “ideoloji çatışmazlıqlar” aradan qaldırıldı

İrəvandan gözlənilməz addım: “ideoloji çatışmazlıqlar” aradan qaldırıldı

Icma.az bildirir, Bizimyol saytına əsaslanaraq.

Ermənistan Silahlı Qüvvələrinin emblemi rəsmi olaraq dəyişdirilib. Ermənistan Müdafiə Nazirliyi 27 may 2026-cı ildə yeni emblemi təqdim edib və bunun orduda aparılan islahatlar və modernləşmə prosesinin bir hissəsi olduğunu açıqlayıb. Nazirlik əvvəlki, 2001-ci ildə qəbul edilmiş emblemdə "heraldik, morfoloji və ideoloji çatışmazlıqlar" olduğunu bildirib.Bu dəyişiklik sadəcə hərbi simvolikanın yenilənməsi kimi qiymətləndirilməlidir, yoxsa Ermənistan rəhbərliyi bununla ordunun ideoloji kimliyi və gələcək inkişaf prioritetləri barədə yeni mesaj verməyə çalışır?

Politoloq Anar İsayev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Ermənistan Silahlı Qüvvələrinin embleminin dəyişdirilməsi təkcə dizayn yeniliyi kimi deyil, həm də son illərdə orduda aparılan genişmiqyaslı islahatların simvolik ifadəsi kimi qiymətləndirilə bilər.

Xüsusilə 2020-ci il Qarabağ müharibəsindən sonra Ermənistan rəhbərliyi ordunun idarəetmə sistemi, hazırlıq səviyyəsi, silahlanması və hərbi doktrinasında dəyişikliklər həyata keçirməyə çalışır. Belə şəraitdə hərbi simvolikanın yenilənməsi adətən yeni konsepsiyanın ictimaiyyətə təqdim edilməsinin bir hissəsi olur.

“Ermənistan Müdafiə Nazirliyinin əvvəlki emblemdə "ideoloji çatışmazlıqlar" olduğunu vurğulaması xüsusilə diqqət çəkir. Bu, sadəcə heraldik düzəlişdən daha çox, ordunun özünü necə təqdim etmək istədiyi ilə bağlı mesaj kimi də başa düşülə bilər. Nikol Paşinyan hakimiyyəti son illərdə Ermənistan ordusunun daha peşəkar, dövlət mərkəzli və müasir təhlükəsizlik çağırışlarına uyğun bir quruma çevrilməsini prioritet kimi təqdim edir. Yeni emblem də bu yanaşmanın vizual ifadəsi ola bilər”-deyən politoloq bildirib ki, islahatların mərhələsi baxımından, emblemin yenilənməsi Ermənistanın artıq yalnız konseptual müzakirələrdən deyil, institusional yenilənmə mərhələsindən keçdiyini göstərən əlamətlərdən biri hesab edilə bilər.

Belə ki, son illərdə hərbi təhsil sisteminin yenidən qurulması, yeni silah sistemlərinin alınması, ehtiyat qüvvələrin hazırlığı və komanda-idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi istiqamətində addımlar atılıb. Simvolikanın dəyişdirilməsi adətən bu cür struktur dəyişikliklərinin yekunlaşmağa və ya yeni mərhələyə keçməyə başladığı dövrlərdə müşahidə olunur.

“Yeni emblemdə yer alan konkret simvolların mənası isə onların rəsmi izahından asılıdır. Ümumilikdə, müasir hərbi emblemlərdə qalxan, qılınc, qartal, dövlət rəmzləri və milli ornamentlər kimi elementlər dövlət suverenliyinin qorunması, müdafiə qabiliyyəti, peşəkarlıq və milli identiklik kimi anlayışları ifadə edir. Ermənistan rəhbərliyinin son açıqlamalarını nəzərə alsaq, yeni simvolikanın əsas mesajlarından biri ordunun tarixi-siyasi mifologiyadan daha çox dövlət təhlükəsizliyi və müasir müdafiə funksiyalarına yönəlməsini nümayiş etdirmək ola bilər”-deyən politoloq hesab edir ki, təkcə emblemin dəyişdirilməsi ordunun real döyüş qabiliyyətinin və ya islahatların uğurunun göstəricisi sayıla bilməz.

Anar İsayev qeyd edib ki, bu məsələnin qiymətləndirilməsi üçün islahatların nəticələrinin şəxsi heyətin hazırlığında, texniki təchizatda, hərbi idarəetmədə və müdafiə strategiyasında necə əks olunduğunu izləmək daha vacibdir.

Emblem isə həmin dəyişikliklərin siyasi və ideoloji çərçivəsini göstərən simvolik addım kimi qiymətləndirilə bilər.

İradə Cəlil, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:178
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 02 İyun 2026 20:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see444

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see355

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see353

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see323

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see323

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see310

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see309

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see309

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see303

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see297

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see293

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see284

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see279

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see268

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see264

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see258

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see258

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see250

İş görməyə həvəsin, gücün yoxdur? Bu iki hormonu yoxladın

24 Noyabr 2026 19:02see249

Rusiyanın avtobus nəhəngi iflas həddindədir...

24 Noyabr 2026 20:51see237
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri