İrəvandan qalxan təyyarə Bakıya enib Göyərtədə kimlər olub?
Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bu gün axşam saatlarında İrəvanın “Zvartnots” hava limanından qalxan təyyarə Bakıya enib.
“Qafqazinfo” “Sputnik Armenia”ya istinadən xəbər verir ki, dekabrın 11-də saat 17:00-da İrəvandan Bakıya “Enter Air” aviaşirkətinin təyyarəsi qalxıb.
“Hava gəmisi”nin göyərtəsində NATO Müdafiə Kollecinin kursantlarının olduğu güman edilir.
Bundan əvvəl Ermənistan Müdafiə Nazirliyi kollecin rəhbəri general-leytenant Maks Nilsenin rəhbərlik etdiyi nümayəndə heyətinin dekabrın 10-11-də Ermənistanda səfərdə olduğunu bildirmişdi. O, Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, Xarici İşlər Nazirliyi və Təhlükəsizlik Şurasının nümayəndələri ilə görüşlər keçirib.
Qeyd olunur ki, “Enter Air”in çarter reysi bir gün əvvəl - dekabrın 9-da kollecin yerləşdiyi Romadan İrəvana gəlib.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Baxış sayı:139
Bu xəbər 11 Dekabr 2024 23:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















