Icma.az
close
up
RU
İrəvandan verilən mesajlar: Paşinyan demək istəyir ki...

İrəvandan verilən mesajlar: Paşinyan demək istəyir ki...

Icma.az bildirir, Ayna saytına əsaslanaraq.

İlham İsmayıl: “Razılaşdırılmış məsələlərin paraflanması mümkündür, qalan məsələlər isə növbəti görüşlərdə müzakirə olunacaq”

Ermənistanın Baş naziri Nikol Paşinyan dünən İrəvanda üç saatlıq mətbuat konfransı keçirib və bir çox məsələlərdən danışıb. Ermənistan lideri mətbuat konfransında daha çox Rusiyaya mesajlar səsləndirib, İrəvan-Moskva münasibətlərinin perspektivlərinə toxunub.

Azərbaycanla sülhdən danışarkən Paşinyan qeyd edib ki, sülh sazişinin paraflanması mümkündür.

“Bəli, belə bir fikir var. Belə bir fikir masanın üstündədir”, deyə qeyd edib.

Baş nazirin sözlərinə görə, “Ermənistan Azərbaycanla sülh sazişi imzalamaq yolunda heç bir fürsəti əldən vermir”.

Paşinyan həmçinin Zəngəzur dəhlizi məsələsi barədə də fikir bildirib. toxunub. Baş nazir Zəngəzur dəhlizinin ABŞ şirkətinin icarəsinə verilməsi haqqında suala cavabında belə deyib: “Regional kommunikasiyaların blokdan çıxarılması funksiyalarının beynəlxalq təşkilatlara verilməsi məsələsinə gəlincə, hazırda Ermənistanda bir çox “autsorsinqə” rast gəlinir. Onlardan bəziləri bizi qane edir, bəziləri isə yox. Məsələn, Zvartnots hava limanının idarəsi “autsorsinqdir”. Hesab etmirəm ki, bununla Ermənistanın suverenliyi hansısa bir şəkildə pozulub”.

Qeyd edək ki, ABŞ-ın Zəngəzur dəhlizində təhlükəsizliyin ABŞ şirkəti tərəfindən təmin edilməsi təklifi ilə Bakı və İrəvana müraciət etdiyi haqda məlumat yayılıb.

Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl Paşinyanın dedikləri barədə AYNA.AZ-ın suallarını cavablandırarkən bildirib ki, Azərbaycan və Ermənistan liderlərinin Əbu-Dabi görüşündən sonra hiss olunurdu ki, müsbət bəyanatlar olacaq:

- Xüsusilə də, bu bəyanatların Ermənistan tərəfindən veriləcəyi gözlənilirdi. Çünki Azərbaycan tərəfinin mövqeyi bəllidir, şərtlər məlumdur, fikir ayrılığı yoxdur. Paşinyan mətbuat konfransı keçirərək bir çox məsələlərə aydınlıq gətirdi. Ən yadda qalan məsələ Rusiya xətti ilə bağlı Baş nazirin dedikləri idi. Paşinyan istər Ermənistan daxili məsələlərinə, istərsə də xarici siyasət məsələlərinə Rusiyanın təsir cəhdlərini qabartdı və Moskvaya mesajlar verdi. Eyni zamanda, Azərbaycanla sülh sazişi layihəsi barədə, Zəngəzur dəhlizi barədə mesajlar oldu.

Hesab edirəm ki, konstruktiv mətbuat konfransı idi. Bu konstruktivlik də daha çox Ermənistanın özünə lazımdır.  

- Paşinyan sülh sazişinin paraflanmasını istisna etmədi. Bu, yaxınlarda mümkündürmü?

- Əlbəttə, mümkündür, amma bəzi məqamlar var ki, onlar həllini tapmalıdır. Paraflanma o deməkdir ki, saziş layihəsi imzalanmaq üçün hazırlanır. Hələ əvvəldən bəlli idi ki, Bakının təklif etdiyi sülh sazişi layihəsinin əksər maddələri razılaşdırılıb, iki maddədən başqa. Bunlar da Ermənistan Konstitusiyasında dəyişiklik edilməsi və Minsk Qrupunun de-yure ləğvi üçün ATƏT-ə birgə müraciət məsələsidir. Əlbəttə, razılaşdırılmış məsələlərin paraflanması mümkündür. Digər qalan məsələlər isə növbəti görüşlərdə müzakirə olunacaq və konkret razılaşmaların olacağı gözlənilir. Əbu-Dabi görüşündə əslində bu məsələlər ətraflı danışılıb.

- Ermənistan rəhbərliyinin açıqlamasından Zəngəzur dəhlizinin açılması, dəhlizə nəzarətin ABŞ şirkətinə verilməsi ilə bağlı razılığın olduğu görünür...

- Paşinyan Zəngəzur dəhlizinə nəzarətin ABŞ şirkətinə icarəyə verilməsi məsələsini dolayısı ilə təsdiqlədi  və bunu ətraflı izah etdi. Dedi ki, bura Ermənistan ərazisidir, sadəcə icarəyə vermək, kommersiya məqsədilə bunu həyata keçirmək mümkündür. Necə ki, indiyədək Ermənistan dəmir yolunu Rusiyaya verib. Niyə Zəngəzur dəhlizi də ABŞ-a icarəyə verməsin?! Ermənistanın özünün burada xeyiri var. Bu, Ermənistan suverenliyinin itirilməsi də deyil. Məsələn, Paşinyan hakimiyyətini ittiham edirlər ki, suverenlik itirilir. Keçmiş xarici işlər naziri Vardan Oskanyan bu iddia ilə çıxış edib. İndi sual olunur: dəmir yolu Rusiyaya veriləndə suverenlik itirilmir, Zəngəzur dəhlizi Qərbə icarəyə veriləndə suverenlik itir? Paşinyan da bu ittihamlara cavab verdi, məsələni izah etdi.

Azərbaycanın yanaşmasına gəlincə, Azərbaycanın mövqeyi bəllidir. Rəsmi Bakı istəyir ki, Naxçıvana maneəsiz gediş-gəliş təmin olunsun. Bu məqsədə çatmaq üçün də mövqeyini müdafiə edəcək. Hər halda, yaxın vaxtlarda detallar açıqlanacaq, bilinəcək. O zaman ətraflı fikir bildirmək mümkün olacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:161
embedMənbə:https://ayna.az
archiveBu xəbər 17 İyul 2025 11:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see418

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see332

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see326

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see273

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see239

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see236

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see229

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see212

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see209

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see199

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see198

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see196

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see196

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see195

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see190

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see187

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see186

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see180

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see179

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri