Icma.az
close
up
RU
İrəvanı sevindirən xəbər yayıldı: Ankara yox demişdi, tarix bilindi

İrəvanı sevindirən xəbər yayıldı: Ankara yox demişdi, tarix bilindi

Icma.az, GlobalInfo portalına istinadən məlumat verir.

“Bloomberg” agentliyi Türkiyənin yaxın 6 ay ərzində Ermənistanla sərhədlərin açılması məsələsini müzakirə etdiyini yazıb. Həmçinin məlumata görə, ötən həftə Türkiyə Ermənistan nümayəndələri Axurik-Akyaka sərhəd-keçid məntəqəsində və Gümrüdə görüşüblər. Görüşdə Gümrü-Qars dəmiryolunun bərpası və istismarı ilə bağlı texniki məsələlər müzakirə olunub.

Beləliklə, artıq Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesi fonunda Ankaranın da İrəvana müsbət mesajlar göndərdiyi bildirilir.

Globalinfo.az-a danışan politoloq İlyas Hüseynov deyib ki, Ermənistan ilə Azərbaycan arasında sülh sazişi mütləq imzalanacaq:

“Artıq sazişin mətni Vaşinqtonda paraflanıb. Azərbaycan və Ermənistan liderləri bu sənədin imzalanmasında şəxsən iştirak etdilər. ABŞ Prezidenti Donald Tramp da prosesə şahidlik etdi. Hazırda kommunikasiya və əlaqələrin bərpası fonunda iş gedir. Türkiyə ilə də Ermənistan arasında münasibətlərin normallaşması və kommunikasiya xətlərinin açılması istiqamətində müzakirələr aparılır.


İlyas Hüseynov

“Marqara” sərhəd-keçid məntəqəsinin açılması və minaların təmizlənməsi işləri çoxdan başlayıb. Türkiyənin bu məsələdə yeganə tələbi Azərbaycanın maraqlarının təmin edilməsidir. Ankara uzun illərdir məhz Qarabağın işğalına görə Ermənistanla münasibətləri düzəltmirdi. İndiki məqamda Bakı və İrəvan arasında sülh əldə edilirsə, Ankara ilə də əlaqələrin qurulmasında təəccüblü bir şey yoxdur. Lakin sülh əldə edilmədən, birmənalı şəkildə münasibətlərin normallaşmasından söhbət gedə bilməz”.

Turan Rzayev
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:34
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 04 Dekabr 2025 17:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see252

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see198

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see159

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see155

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see147

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see147

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see143

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see141

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see139

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see136

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see136

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see134

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see132

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see132

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see132

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see129

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri