Icma.az
close
up
RU
İrəvanın AB ilə sazişi Yenə Bakıya qarşı oyun qurulur

İrəvanın AB ilə sazişi Yenə Bakıya qarşı oyun qurulur

Icma.az bildirir, Axar.az saytına əsaslanaraq.

Avropa Birliyi ilə Ermənistan arasında imzalanan “Tərəfdaşıq Gündəliyi” sənədi Bakı-İrəvan xəttində etimad quruculuğuna inamsızlıq yaradır. Sənəddə qeyd olunur ki, AB Ermənistanla tərəfdaşlıq çərçivəsində “Azərbaycanın həyata keçirdiyi hərbi əməliyyatlar nəticəsində Dağlıq Qarabağdan didərgin düşmüş ermənilərin (bundan sonra “didərgin düşmüş ermənilər” və/və ya “qaçqınlar”) ehtiyaclarının ödənilməsinə və sosial-iqtisadi inteqrasiyasının təşviq edilməsinə xüsusi diqqət yetirəcək”.

Bu, Ermənistanla imzalanan sənəddə Azərbaycanın ittiham edilməsi və regional sülhə qarşı “minaların” yerləşdirilməsi cəhdidir.

- Azərbaycan erməniləri Qarabağdan “didərgin” salmaqda ittiham edilir: halbuki 20 sentyabr əməliyyatında heç bir mülki şəxsə, yaxud infrastruktura zərər yetirilmədi və ermənilərin Qarabağdan çıxması könüllü şəkildə baş verdi;

- “Dağlıq Qarabağ” ifadəsi Azərbaycanın ərazi bütövlüyünə qarşıdır və mövcud sülh prosesinə adekvat deyil;

- “Dağlıq Qarabağ” ifadəsinin Avropada qəbul olunması Ermənistanda revanşistlərin fəaliyyətini stimullaşdırır.

Rəsmi Bakı AB-Ermənistan sənədinin sülh gündəliyinə zidd olduğunu açıqladı. Rəsmi İrəvan isə bunu qəbul etmir, əksinə, “sənədin regionda sülhə töhfə verdiyini” iddia edir. Əslində İrəvan da anlayır ki, sənəddə əks olunanlar Bakının etimad quruculuğuna inamını azaldır, sülh prosesinə zərər verir. Buna rəğmən, “Dağlıq Qarabağ” ifadəsinin sənədə salınması konkret maraqlardan irəli gəlir.

Birincisi, Ermənistan “Dağlıq Qarabağ ermənilərinə sosial dəstək” kimi Avropa Birliyindən aldığı maliyyənin davamlı olmasını təmin etmək istəyir;

İkincisi, Ermənistan hakimiyyəti həm də seçici elektoratı kimi gördüyü Qarabağdan geri qayıdan ermənilərin sosial problemlərini həll etməklə onların əks-düşərgəyə kütləvi axınına imkan vermək istəmir;

Üçüncüsü, İrəvan “Dağlıq Qarabağ ermənilərini” Bakı ilə danışıqlarda, xüsusilə Qərbi azərbaycanlıların qayıdışı tələbinə qarşı hələ də kart kimi saxlamağa çalışır: Paşinyanın “Qərbi Azərbaycan məsələsini bağlamaqla” bağlı son açıqlaması da bu kontekstdə təsadüfi deyil;

Hərçənd, “Dağlıq Qarabağ ermənilərindən” təkcə Ermənistan yox, AB də regional siyasətdə istifadə etməkdən əl çəkmir. Və məsələyə təkcə AB-nin Azərbaycanla münasibətlərdə əlini gücləndirməsi kimi yox, həm də Vaşinqton anlaşması ilə regiona daxil olan ABŞ-la geosiyasi qarşıdurmasının bir hissəsi olaraq baxa bilərik.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://axar.az
archiveBu xəbər 12 Dekabr 2025 08:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see246

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see234

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see199

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see196

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see172

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see167

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see162

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see154

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see153

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see153

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see152

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see148

Azərbaycanda daha 5 audit şirkətinə lisenziya verilib

24 Yanvar 2026 18:13see143

Məşhur müğənni xərçəngə qalib gəldi FOTOLAR

24 Yanvar 2026 21:00see139

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see136

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see135

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see135

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see134

Tramp ABŞ nin gizli silahının adını açıqladı Maduro ələ keçirilərkən istifadə olunub

24 Yanvar 2026 23:33see134

Tramp ABŞ ordusunun gizli silahının adını açıqladı

24 Yanvar 2026 23:36see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri