Icma.az
close
up
RU
İrəvanın Rusiya xilaskar deyil mesajının gizli hədəfi: Paşinyan Kremlə qarşı yeni erməni ideologiyası yaradır

İrəvanın Rusiya xilaskar deyil mesajının gizli hədəfi: Paşinyan Kremlə qarşı yeni erməni ideologiyası yaradır

Olke.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Rəsmi İrəvanın hazırkı strategiyası Rusiyadan asılılığın azaldılması, ABŞ və Qərblə əməkdaşlığın dərinləşdirilməsi, Azərbaycan-Türkiyə İttifaqı ilə normallaşmanın davam etdirilməsi üzərində qurulub... Paşinyan hakimiyyəti artıq anlayır ki, bu hədəflərə çatılmayacağı təqdirdə, Ermənistan üçün “sülh reallığı” konsepsiyası yalnız bəyanat səviyyəsində qalacaq...

Ölkə.az "Yeni Müsavat"a istinadən xəbər verir ki, son vaxtlar Paşinyan hakimiyyətinin  ardıcıl açıqlamaları Ermənistanın Cənubi Qafqazda yeni siyasi-diplomatik proseslərdə daha aktiv rol almaq istəyini biruzə verir. Baş nazir Nikol Paşinyanın “Azərbaycanla sülh artıq reallıqdır” bəyanatı, XİN rəhbəri Ararat Mirzoyanın Azərbaycan və Türkiyə prezidentlərinin Ermənistana səfərə dəvət edilməsi barədə açıqlaması və deputat Sarkis Xandanyanın “Rusiya bizə ölkəmizi necə xilas etməli olduğumuzu diktə edə bilməz” fikri rəsmi İrəvanın xarici siyasətində açıq şəkildə istiqamət dəyişikliyinə işarədir. Və bu baxımdan, Paşinyan hakimiyyətinin hazırda prinsipial siyasi mövqe tutmaq məcburiyyəti də inkaredilməz reallıqdır.

Onu da qeyd etmək lazımdır ki, Ermənistan parlamentinin komissiya sədri Sarkis Xandanyanın “Rusiyaya icazə verməyəcəyik ki, bizə Ermənistanı necə xilas etməyi diktə etsin” açıqlaması rəsmi İrəvanın Kremllə münasibətlərinin problemli olduğunu növbəti dəfə təsdiqləyir. Belə ki, Ermənistanın Rusiya ilə münasibətlərində gərginlik artıq strateji səviyyəyə keçib. Və Ermənistanın KTMT-da praktiki fəaliyyətsizliyi, 2020-ci və 2023-cü illərin hərbi-siyasi nəticələri, həmçinin Avropa Birliyinin "müşahidə missiyası"nın ölkəyə yerləşdirilməsi Rusiyanın “təhlükəsizlik təminatçısı” rolunu ciddi şəkildə zəiflədib.

Təbii ki, Rusiya və Ermənistan arasında münasibətlərin indiki məzmunu rəsmi İrəvan üçün yeni siyasi-ideoloji tezis formalaşdırır. Yəni, Paşinyan hakimiyyəti “Ermənistanın xilaskarı yalnız özüdür” mesajı ilə siyasi iradə nümayiş etdirməyə çalışır. Ancaq bu tezisin əsas mesaj hədəfi reallıqda Ermənistan üçün Qərb və Rusiya arasında tarazlığı tapmaq cəhdindən ibarətdir. Çünki Ermənistanın tamamilə “Qərb orbitinə” keçməsi həm iqtisadi, həm təhlükəsizlik, həm də enerji asılılığı səbəbindən hələ qətiyyən real deyil.

Maraqlıdır ki, bütün bunlara paralel olaraq, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa Siyasi Birliyinin gələn il İrəvanda keçiriləcək növbəti sammitinə dəvət olunublar. Ancaq həmin dəvətin hələlik şifahi xarakter daşıması isə bu təşəbbüsün həm siyasi-diplomatik sınaqdan, həm də ictimai rəyin testdən keçirilməsi ilə bağlı mülahizələrə də yol açır.

Digər tərəfdən, bu təşəbbüs rəsmi İrəvanın beynəlxalq səviyyədə “normallaşma tərəfdarı” kimi görünmək istəyini də əks etdirir. Eyni zamanda, bu, Paşinyan hakimiyyəti üçün ölkə daxilində müəyyən siyasi risklər də daşıyır. Çünki Rusiya ilə münasibətlərin soyumasına paralel olaraq, belə siyasi manevrlər müxalifət tərəfindən Paşinyan hakimiyyətinin “geopolitik xəyanəti” kimi təqdim olunur.

Məsələ ondadır ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın bəyanatı həm Qərb siyasi-diplomatik dairələrinə, həm də Cənubi Qafqazın real güc mərkəzlərinə – Azərbaycana və Türkiyəyə yönəlik açıq mesajdır. Və Rəsmi İrəvan Rusiyanın təsir dairəsindən uzaqlaşdırmağa çalışdığı Ermənistanı indi artıq “Kremlin təcrid olunmuş qurbanı” kimi deyil, regional aktyorları sırasında göstərmək istəyir.

Maraqlıdır ki, baş nazir Nikol Paşinyan “Azərbaycanla sülh artıq reallıqdır, ancaq bu, bizim üçün yad bir anlayışdır” deyərkən, Ermənistan cəmiyyətinin siyasi-psixoloji və ideoloji keçid dövrünə eyham vurur. O, əslində, üstüörtülü şəkildə başqa dövlətin ərazilərini işğal edərək, 30 il müharibə vəziyyətində yaşamış Ermənistan üçün “sülh mədəniyyəti”nə keçidin asan olmadığını qabartmağa çalışır.

Eyni zamanda, Ermənistanda dövlət idarəçiliyi sistemində də sülh dövrü üçün təhlükəsizlik, iqtisadiyyat və siyasi-ideoloji əsaslar yenidən dizayn olunmalıdır. Baş nazir Nikol Paşinyan “sülhün qorunması və institusional səviyyəyə çatdırılması” mesajını verərkən də məhz bunun dövlət strategiyasına çevriləcəyini bildirir. Yəni, artıq məsələ təkcə atəşkəsin davam etməsində deyil, yeni siyasi sistemin indiki sülh şəraitinə uyğunlaşmasındadır.

Maraqlıdır ki, Paşinyan hakimiyyəti atdığı addımlar ilə yekun sülh sazişinin imzalanması ilə Ermənistanın daha ciddi təhlükəsizlik təminatı ala biləcəyini də qabardır. Belə ki, 2026-cı ilin dövlət büdcəsinin layihəsinə görə, rəsmi İrəvan Ermənistanın hərbi büdcəsini 15,3 faiz azaltmaq niyyətindədir. Bu, təxminən 563 milyard dram (1,4 milyard dollar) deməkdir.

Ancaq Azərbaycan və Türkiyənin hərbi potensialını ön plana çəkən Rusiyayönümlü radikal-revanşist siyasi düşərgə bu addımı Ermənistanın müdafiəsiz buraxılması kimi təqdim etməyə çalışır. Halbuki Paşinyan hakimiyyəti Ermənistan üçün təhlükəsizliyin artıq yalnız silahla deyil, həm də siyasi-diplomatik və beynəlxalq təminat mexanizmləri ilə qorunmasının zəruri olduğunu erməni toplumuna izah etməyə üstünlük verir.

Məsələ ondadır ki, hazırda Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin imzalanması qarşısında əsas əngəl məhz konstitusiya faktorudur. Belə ki, rəsmi Bakı haqlı olaraq, İrəvandan Ermənistan konstitusiyada Azərbaycana qarşı ərazi iddiaları ifadə edən müddəaların dəyişdirilməsini tələb edir. Çünki hazırkı konstitusiyada Azərbaycan ərazisi olan Qarabağ “Ermənistan Respublikasının ayrılmaz hissəsi” kimi təqdim edilir. Və bu ərazi iddiaları birmənalı şəkildə ləğv edilmədən iki ölkə arasında yekun sülh sazişinin imzalanması inandırıcı görünmür.

Ancaq mövcud problemlərə baxmayaraq, Paşinyan hakimiyyətinin hazırkı strategiyası Rusiyadan asılılığın azaldılması, ABŞ və Qərblə əməkdaşlığın dərinləşdirilməsi, Azərbaycan-Türkiyə İttifaqı ilə normallaşmanın davam etdirilməsi üzərində qurulub. Çünki Paşinyan hakimiyyəti artıq anlayır ki, bu hədəflərə çatılmayacağı təqdirdə, Ermənistan üçün “sülh reallığı” konsepsiyası yalnız bəyanat səviyyəsində qala bilər. Və bu baxımdan, Ermənistan baş naziri Nikol Paşinyanın “sülh artıq reallıqdır” tezisi regional sabitlik üçün də mühüm mesajdır.

Ancaq bu reallıq yalnız Ermənistanın dövlət strategiyasına çevrildiyi halda, davamlı və effektiv ola bilər. Çünki Rusiyaya münasibətdə balanslı məsafə, Qərbə yaxınlaşma və Azərbaycan-Türkiyə İttifaqı ilə normallaşma - bunların hamısı bir-birinə bağlı məsələlərdir. Əgər, Ermənistan bu problemlərin öhdəsindən gələrsə, Cənubi Qafqazda yeni geopolitik dövrün başlanğıcı mümkün ola bilər. Əks halda, Paşinyan hakimiyyətinin “sülh reallığı” tezisi qısaömürlü siyasi ritorika xarakteri daşıyacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:92
embedMənbə:https://olke.az
archiveBu xəbər 29 Oktyabr 2025 06:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see306

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see276

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see243

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see231

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see216

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see208

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see197

Əhali kreditlərini sığortalamağa niyə maraq göstərmir?

26 Yanvar 2026 12:56see191

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see165

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see162

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see160

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see160

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see158

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see156

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see153

Bakıda erməni dili kursu BÖYÜK MARAQ VAR

26 Yanvar 2026 09:40see150

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see148

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see146

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see143

“Everton” “Lids”lə oyun məğlubiyyətdən qurtarıb VİDEO

27 Yanvar 2026 02:12see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri