Icma.az
close
up
RU
İrəvanın savaş anonsu: Bakıdan şad xəbər gəldi Nə baş verir?

İrəvanın savaş anonsu: Bakıdan şad xəbər gəldi Nə baş verir?

Turkstan.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi, xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib ki, Azərbaycan və Ermənistan arasında sülh sazişinin mətni ilə bağlı danışıqlar prosesi yekunlaşıb. O qeyd edib ki, son açıq qalan iki maddənin Ermənistan tərəfindən razılaşdırıldığı ilə bağlı Azərbaycana məlumat verilib.

Bir müddət əvvəl Ermənistanın aprel ayında Azərbaycanla müharibəyə başlayacağına dair yayılan xəbərlər fonunda belə bir açıqlamanın verilməsi diqqət çəkir. Xüsusilə Ermənistan Baş naziri Nikol Paşinyanın müharibə ehtimalından danışması sonda rəsmi Bakının növbəti dəfə sülh gündəminə sadiq olduğunu açıqlaması maraq doğurub.

Bu nədən xəbər verir?

Globalinfo.az-a danışan politoloq Zeynal Əmrəliyev deyib ki, sülh mətni ilə bağlı əsas müzakirələrdən biri də Ermənistan konstitusiyasındakı ərazi iddiaları ilə bağlı maddələrin dəyişdirilməsidir:

Zeynal Əmrəliyev

“Revanşist qüvvələr israrla bildirirdilər ki, bu maddələr dəyişdirilə bilməz. Amma Azərbaycan qalıcı sülhün təmin olunması üçün bu məsələdə təkid edirdi. Biz gələcəkdə nəyin baş verəcəyini bilmirik. Ermənistanda revanşizm hissinə malik qüvvələr var. Onlar hakimiyyətə gəlsə, bu maddələr əsasında hüquqi baza yaradaraq Azərbaycana qarşı düşmənçilik siyasətini həyata keçirməyə çalışacaqlar. Bu gün məlum oldu ki, Ermənistan həmin məsələ ilə bağlı da razılaşıb. Konstitusiya dəyişikliyinin baş tutması üçün referendum keçirilməsi nəzərdə tutulur”.

Politoloqun sözlərinə görə, ATƏT-in Minsk qrupunun buraxılması ilə bağlı Azərbaycan və Ermənistanın birgə səyləri də diqqətçəkəndir:

“Doğrudur, Minsk qrupu fəaliyyət göstərmir. Lakin Fransanın timsalında bəzi qüvvələr onu dirçəltməyə çalışır. ATƏT-in Minsk qrupunun həmsədri olan bəzi ölkələr də Azərbaycan və Ermənistan arasında münaqişənin yenidən alovlanmasına çalışırdılar. Həmin qurumun fəaliyyətinə son verilməsi tərəflərin heç bir vasitəçiyə ehtiyacının olmadığından xəbər verir. Hazırda sərhədlərin delimitasiyası prosesi də gedir. Qarşıda sadəcə texniki məsələlərin həlli dayanır. Heç bir problem yaranmasa, bu il yekun sülh müqaviləsi imzalana bilər”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:194
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 13 Mart 2025 17:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see315

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see279

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see270

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see269

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see261

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see255

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see250

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see237

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see225

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see224

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see219

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see217

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see206

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see194

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see191

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see190

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see180

Videokolposkopiya ginekologiyada müasir müayinə. VİDEO

18 Oktyabr 2026 08:00see179

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see178

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri