Icma.az
close
up
RU
İrəvanın yeni paxırları da üzə çıxacaq

İrəvanın yeni paxırları da üzə çıxacaq

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və adətlərini pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən şəxslərin Bakı Hərbi Məhkəməsində mühakimə olunmalarına Hayastanda bəzi şəxslər tərəfindən isterik reaksiyalar verilir. Həmin şəxslər məhkəməsi keçirilənləri “hərbi əsirlər”, ədalət mühakiməsini “saxta məhkəmə” adlandırırlar, onların həyatları üçün təhlükə olduğunu iddia edirlər və guya, bundan narahatdırlar.

Belələrindən biri də Ermənistanın sabiq baş naziri, “Birlikdə” adlanan hərəkatın həmtəsisçisi Qrant Baqratyandır. O, martın 17-də Hayastan mediasına verdiyi müsahibədə iddia edib ki, Azərbaycan məhkəmə prosesini uzatmağa çalışacaq. Baqratyanın açıqlamasındakı hər bir söz şər-böhtandır. O, Ermənistandakı ümumi xora qoşularaq, ədalət mühakiməsini “qondarma məhkəmə prosesi”, erməni əsilli şəxsləri “erməni əsirlər” adlandırır. İddia edir ki, Azərbaycan guya onların cinayətkar olduğunu sübut etməyə çalışacaq. Onun sözlərinə görə, amma məhkəmə farsları (yüngül məzmunlu komediya – S.H.) nəticə verməyib və guya, onlarda hansısa faktlar var: “Ruben Vardanyanın çıxışını buna misal göstərmək olar. General Lyova Mnatsakanyanın da çıxışı çox cəsarətli idi. Yəni onlar sınmayıblar...”

Sabiq baş nazir hazırkı hökumət başçısının qarasınca danışmağa da imkan tapıb. Deyib ki, R.Vardanyan Qarabağa getməzdən əvvəl Nikol Paşinyanın kabinetinə daxil olub, onunla qəhvə içib. Paşinyan Vardanyana uğurlar arzulayıb. İddia edib ki, Vardanyan Paşinyanın ofisinə Arayik Arutyunyanla birlikdə daxil olub: “Əgər mən haqsızamsa, qoy həqiqəti söyləsinlər. İndi isə Paşinyan deyir ki, Vardanyanın “Artsax”a niyə yollandığını anlamaq lazımdır. Bu, Paşinyanın nə qədər təhlükəli olduğunu göstərir. Bu həm də onu göstərir ki, ona etibar etmək olmaz”.

Onun açıqlamaları ilə bağlı qeyd etmək lazımdır ki, prosesi “qondarma məhkəmə” adlandırmaq ədalət mühakiməsini həyata keçirən orqana qarşı açıq-aşkar hörmətsizlikdir. Əslində, qondarma məhkəmə sözü Ermənistandakı oxşar qurumlara münasibətdə işlədilməlidir. Məhz Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərində 30 ildən çox mövcud olmuş qondarma separatçı rejimin mənsubları 2014-cü il iyulun 11-də Kəlbəcər rayonunda öz ata-baba yurdlarını ziyarət etmək istəyən soydaşlarımız Dilqəm Əsgərov və Şahbaz Quliyevi girov götürüblər. Həmin vaxt daha bir soydaşımız – Həsən Həsənov isə qətlə yetirilib. Sonra isə o dövrdə işğal altında olan Qarabağda D.Əsgərov və Ş.Quliyev üzərində saxta məhkəmə prosesi keçirilib. Qanunsuz rejimin qanunsuz “məhkəmə orqanlarının hökmü” ilə D.Əsgərov ömürlük, Ş.Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum olunub.

Yaxud 2023-cü ilin aprel ayında Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən azaraq Azərbaycan Ordusunun itkin düşmüş əsgərləri – 2004-cü il təvəllüdlü Aqşin Bəbirov və 2003-cü il təvəllüdlü Hüseyn Axundovun Hayastan tərəfindən əsir götürülməsini yada salaq. Daha sonra azərbaycanlı hərbçilər “bir qrup şəxslə əvvəlcədən əlbir olaraq Ermənistanın dövlət sərhədini qanunsuz keçməkdə, qanunsuz odlu silah və döyüş sursatı daşımaq” kimi saxta cinayət əməllərində ittiham olunaraq barələrində həbs qərarı verilmişdi. Bununla yanaşı, sonradan H.Axundov barəsində daha bir qurama cinayət işi başlanılmış və o, “Zəngəzur mis-molibden kombinatının gözətçisini qətlə yetirməkdə” təqsirləndirilmişdi. Nəticədə 2023-cü ilin mayın 8-də A.Bəbirov 11 il 6 ay, H.Axundov isə iyunun 21-də 20 il müddətinə qanunsuz olaraq azadlıqdan məhrum edilmişdi. Hətta, 2023-cü il dekabrın 7-də H.Axundovun cəzası ağırlaşdırılaraq ömürlük həbslə əvəz edilmişdi. Belə ki, Ermənistanın apellyasiya cinayət məhkəməsi bununla bağlı mühafizəçi Ayrapet Meliksetyanın hüquqi varislərinin şikayətini təmin etmişdi. Ancaq ordumuzun hər iki hərbi qulluqçusu Azərbaycan dövlətinin apardığı fəal danışıqlar sayəsində həmin ilin dekabrında azad edilmişdilər.

Bunu xatırlatmaqda məqsədimiz, əslində, qanunsuz məhkəmə orqanlarının Ermənistanda mövcud olduqlarını göstərməkdir. Zənnimizcə, bu nümunə özlüyündə çox mətləblərdən xəbər verir. Mühakimə prosesi isə açıq şəkildə keçirilir. Təqsirləndirilən şəxslər erməni dilində tərcüməçilərlə, habelə müdafiə üçün vəkillərlə təmin ediliblər. Prosesdə əvvəlcə tərcüməçilər elan olunub, onlara qanunvericiliyin tələbləri, o cümlədən hüquq və vəzifələri izah edilib. Təqsirləndirilən şəxslərin tərcüməçilərə, habelə proses iştirakçılarının məhkəmə tərkibinə, bir-birinə etirazlarının olub-olmaması dəqiqləşdirilib. Cinayət işi üzrə 531 mindən çox zərərçəkmiş və onların nümayəndələri var. İlk iclasda çıxış edən hakim qeyd edib ki, təqsirləndirilən şəxslərin hüquq və vəzifələri onlara erməni dilində izah olunub. Bununla yanaşı, məhkəmə iclası zamanı da onların hüquq və vəzifələri bir daha izah edilib. Bu mənada ədalət mühakiməsini şübhə altına almaq ölkəmizin ədliyyə sisteminə qara yaxmaq kampaniyasının tərkib hissəsi kimi qiymətləndirilməlidir.

Q.Baqratyanın separatçı rejimin “müdafiə naziri” – “müdafiə ordusu”nun “komandanı” Lyova Mnatsakanyanın “çox cəsarətli” çıxış etməsi, “sınmaması” və Azərbaycanın nəsə pis iş görəcəyinə dair açıqlaması isə anlaşılmır. Məsələ ondadır ki, Mnatsakanyan Bakı Məhkəmə Kompleksində yerləşən Bakı Hərbi Məhkəməsində davam etdirilən prosesdə olduqca maraqlı açlıqlamalar verib. Bildirib ki, 2015-ci ilin iyun ayında onu bu “vəzifə”yə Ermənistanın o vaxtkı prezidenti Serj Sarkisyan təyin edib. Əvvəlcə Ermənistanın müdafiə naziri Seyran Ohanyan onun bu “vəzifə”yə “təyin olunması” barədə təqdimat verib, S.Sarkisyan isə onu təsdiqləyib. Mnatsakanyanın sözlərinə görə, Sarkisyan təyinatla bağlı onu qəbul edib. “Görüş zamanı mənə dedi ki, bu, çox önəmli vəzifədir”, – deyən Mnatsakanyan bununla da separatçı rejimlə bağlı vacib qərarların rəsmi İrəvan tərəfindən verildiyini etiraf edib. Halbuki, 2015-ci ildə qondarma rejimin yaydığı “rəsmi məlumat”a görə, L.Mnatsakanyanı “müdafiə naziri” vəzifəsinə, guya, o vaxtkı “prezident” Bako Sahakyan təyin edibmiş.

Məhkəmə prosesi zamanı verilən ifadələr nəticəsində da məlum olub ki, qondarma rejimdə yüksək rütbələri də Ermənistanın hərbi-siyasi rəhbərliyi verirmiş. Rejimin “ordusu”nun maliyyə məsələləri Ermənistanın müdafiə nazirliyi, silah-sursat isə tam olaraq Ermənistan silahlı qüvvələri tərəfindən təmin olunurmuş. Hər il Ermənistandan 7-8 min nəfər hərbi çağırışçı Azərbaycanın işğal olunmuş ərazilərində müddətli hərbi xidmətə göndərilib. Verilən ifadələr zamanı məlum olub ki, ildə iki dəfə hərbi çağırış olub və hər çağırış zamanı 3500-4000 Ermənistan vətəndaşı işğal edilmiş ərazilərə gətirilib. Qondarma rejimin “ordusu”nda xidmət edənlərin təxminən 70 faizi Ermənistan vətəndaşları, digər 30 faizi isə Qarabağda yaşayan erməni sakinlər olub. Həmçinin Azərbaycanın işğal edilmiş ərazilərində “İskəndər M”, “Toçka U” və “Smerç” kimi silahların olmadığı, işğal edilmiş ərazilərdə hərbi xidmət çəkən erməni sakinlərin və Ermənistan vətəndaşlarının törətdikləri hərbi cinayətlərin təhqiqatını Hayastan hərbi polisinin, ibtidai istintaqını isə hərbi prokurorluğunun apardığı Mnatsakanyanın verdiyi ifadələr nəticəsində üzə çıxarılıb. Bu baxımdan Baqratyanın Mnatsakanyanla bağlı “çox cəsarətli” çıxış etməsi fikri anlaşılan deyil.

Mövzu ilə bağlı XQ-yə açıqlama verən politoloq Ramiyə Məmmədova bildirdi ki, məhkəmə prosesi keçirilən şəxslər bir sıra ağır cinayət əməllərində təqsirləndirilirlər. Onun sözlərinə görə, Qarabağ beynəlxalq hüquqla da, tarixi reallıq nöqteyi-nəzərindən də Azərbaycanın ayrılmaz, əbədi, suveren ərazisidir. Həmin ərazilərdə törədilən əməllərə Azərbaycan qanunları əsasında nə vaxtsa hüquqi qiymət verilməli idi. İndi isə bu proses həyata keçirilir: “Azərbaycan Xarici İşlər Nazirliyinin qeyd etdiyi kimi, Cenevrə Konvensiyalarına, beynəlxalq və milli qanunvericiliyə uyğun olaraq, Bakının bu cür cinayətləri araşdırmaq və mühakimə etmək hüququ var. Azərbaycandan fərqli olaraq, Ermənistan azərbaycanlı hərbi əsirlərə və həbs edilmiş mülki şəxslərə qarşı alçaldıcı rəftarla bağlı heç bir araşdırmaya başlamamış, itkin düşmüş 4000 azərbaycanlının harada olması barədə məlumatların verilməsində əməkdaşlıq etməmişdir. Bu baxımdan Ermənistandan Bakıdakı məhkəmə prosesi ilə bağlı açıqlama verənlər, təşvişə düşənlər əvvəl bu barədə düşünməlidirlər. Ümumiyyətlə, Ermənistandan verilən açıqlamalr göstərir ki, qonşu ölkənin indiki rəhbərliyi Qarabağ xuntasının keçmiş rəhbərlərinin etiraflarından çox qorxur”.

Politoloq dedi ki, mühakimə olunan bir sıra şəxslər, xüsusilə Arkadi Qukasyan, Bako Sahakyan, Arayik Arutyunyan və digərləri Qarabağda baş verən proseslərdə əsas rol oynayıblar. Onlar Azərbaycan qanunları qarşısında cavab verməli idilər. Baş verənlərə irad bildirənlər təqsiri özlərində axtarmalıdırlar.

Səxavət HƏMİD
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:208
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 19 Mart 2025 01:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Klopp Adeyemini müdafiə etdi: “Onun oyununu bəyənirəm”

27 Sentyabr 2026 01:04see230

Ceyhun Bayramov Nyu Yorkda 37 ikitərəfli görüş keçirib, 17 sənəd imzalanıb

27 Sentyabr 2026 00:00see229

Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?

27 Sentyabr 2026 02:04see227

5 yaşlı qız uşağı dişinin müalicəsindən sonra vəziyyəti pisləşərək ölüb

27 Sentyabr 2026 08:13see227

“Təzə ata olmuşdu, qucağımda şəhid oldu” VİDEO

27 Sentyabr 2026 01:31see224

Barselona onun üçün 80 milyon avro ödəyəcək?

26 Sentyabr 2026 23:57see222

İspaniya millisi rekord vurdu məğlubiyyətsizlik seriyasını 39 matça çatdırdı

27 Sentyabr 2026 01:20see213

Ebru Gündeşin 10 milyonluq əməliyyatın nəticəsi Son halı (Foto)

27 Sentyabr 2026 16:08see197

Xəstələri itlərlə müalicə edən azərbaycanlı həkim: “İnsanlar məlumatlı deyillər, heyvanlardan qorxurlar” FOTO+ÖZƏL

26 Sentyabr 2026 21:44see195

Müctəba Xameneinin müalicə olunduğu xəstəxana bombalanıb Yeni təfərrüat

27 Sentyabr 2026 10:08see191

Vətən müharibəsinin başlamasından altı il keçir Azərbaycanda Anım Günüdür!

27 Sentyabr 2026 01:05see185

Rəqsanənin filtrsiz görüntüsü diqqət çəkdi (Foto)

27 Sentyabr 2026 15:17see184

Pul əldə etdikdə dəyişən 4 BÜRC

26 Sentyabr 2026 23:10see183

Heç vaxt müflis olmayacaq BÜRCLƏR

27 Sentyabr 2026 03:44see181

“Onun çiyinlərində görmək istədiyimiz o poqonlara inşallah, mən çataram” Videomüsahibə

26 Sentyabr 2026 23:04see180

Heç bir estetik və botoksum yoxdur (Video)

27 Sentyabr 2026 13:48see180

Britaniyada beş nəfər terrorçuluq ittihamı ilə həbs edilib

27 Sentyabr 2026 19:59see180

Bülent İnal 13 kilo arıqladı: sirrini açıqladı

28 Sentyabr 2026 02:28see176

Fransada insident: Sürücü avtomobili kütlənin üzərinə sürdü

27 Sentyabr 2026 03:26see175

Son 5 mövsümdə “Kəpəz”in ən uğurlu startı

27 Sentyabr 2026 00:35see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri