İrəvanla Bakı arasında münasibətlərdə irəliləyişin şahidi oldum ATƏT sədri
Icma.az xəbər verir, Yenisabah saytına əsaslanaraq.
ATƏT-in fəaliyyətdə olan sədri, Finlandiyanın xarici işlər naziri Elina Valtonen Ermənistan və Azərbaycan arasında sülh prosesində müsbət irəliləyiş qeydə alıb.
“Yeni Sabah” armenpress-ə istinadla xəbər verir ki, bu barədə Valtonen ATƏT xarici işlər nazirlərinin görüşü zamanı bildirib.
O deyib: "Mən Cənubi Qafqazda Ermənistan və Azərbaycan arasında sülh prosesində müsbət irəliləyişin şahidi oldum. Avqustda Qarabağ münaqişəsinin həlli ilə məşğul olan Minsk Qrupunun infrastrukturunun bağlanması ilə bağlı konsensus əldə etdik".
ATƏT-in fəaliyyətdə olan sədri qeyd edib ki, Minsk qrupunun və onun infrastrukturunun bağlanması həm də ATƏT-in büdcəsinin təsdiqinə əsas maneənin aradan qaldırılmasına kömək edəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 04 Dekabr 2025 17:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















