İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin zərəri 35 % azalıb
Icma.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti 2024-cü ili 146,977 milyon manat xalis zərərlə başa vurub.
Bakıvaxtı.az Xidmətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 35,1 % azdır.
2024-cü ildə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin satışdan gəlirləri 297,374 milyon manat (2023-cü ilə nisbətən 2,2 % az), satışının maya dəyəri 129,779 milyon manat (19,5 % az), inzibati xərcləri 37,791 milyon manat (7,7 % çox), satış və paylanma xərcləri 149,74 milyon manat (7,6 % az), digər əməliyyat xərcləri 170,226 milyon manat (1,6 % az), maliyyə xərcləri 849 min manat (6,9 dəfə az), icra öhdəlikləri üzrə faiz xərcləri 87 min manat (29,3 % az), məzənnə fərqindən gəlirləri 51 min manat (əvvəlki il zərər olub), digər gəlirləri 44,186 milyon manat (5,6 dəfə çox), mənfəət vergisi ödəmələri isə 116 min manat (0,9 % çox) təşkil edib.
2025-ci il yanvarın 1-nə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin aktivləri 1 milyard 15,814 milyon manat olub ki, bu da illik müqayisədə 12,9 % azdır. Hesabat dövründə Xidmətin öhdəlikləri 0,8 % azalaraq 480,734 milyon manat, balans kapitalı 21,6 % azalaraq 535,08 milyon manat, o cümlədən nizamnamə kapitalı 6 dəfə artaraq 2 milyard 400,427 milyon manat olub.
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti ölkə Prezidentinin 11 iyun 2004-cü il tarixli sərəncamı ilə yaradılıb, suyun mənbələrdən götürülməsi, emalı, nəqli, anbarlanması və paylanılmasını təşkil edir, istehlakçıları mərkəzləşdirilmiş qaydada içməli su ilə təchiz edir və onlara kanalizasiya xidmətləri göstərir, tulantı suların toplanması, nəqli, emalı və kənarlaşdırılmasını həyata keçirir. Xidmət içməli və tullantı su sistemlərinin layihələndirilməsi, inşası, istismarı və onlara texniki xidmətlərin göstərilməsini də təmin edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 06 Yanvar 2026 15:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















