İRİA: 3 ildə yerli startaplar 2,4 mln. avrodan çox xarici investisiya cəlb edib
Icma.az, Apa.az portalına istinadən məlumat yayır.
2022–2024-cü illər ərzində Azərbaycanda yerli startaplar müxtəlif qlobal investor və təşkilatlardan 2,4 milyon avrodan çox investisiya cəlb ediblər.
“APA-Economics” xəbər verir ki, bunu İnnostart layihəsinin yekun tədbirində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin idarə heyətinin sədri Fərid Osmanov deyib.
O vurğulayıb ki, bu, həm ölkəmizin innovasiya potensialına olan inamın göstəricisidir, həm də həyata keçirdiyimiz təşəbbüslərin real nəticəsidir:
“Biz, o cümlədən, bir neçə ildir ki, inkubasiya və akselerasiya proqramlarının təşkili istiqamətində fəal şəkildə çalışırıq. Bu il iki mühüm akselerasiya proqramına imza atmışıq. Bunlardan biri Sabancı ARF və Viveka ilə birgə reallaşdırdığımız 4+1 ClimAccelerator proqramıdır. Proqramın məqsədi iqlim innovasiyalarını təşviq etmək və region ölkələri arasında əməkdaşlıq platforması yaratmaqdır. Nəticələr kifayət qədər təsirlidir: 14 ölkədən 150-dən çox müraciət qəbul olunub, 56 startap B2B formatına uyğunlaşdırılıb, 10 startap COP29 çərçivəsində Bakıda təqdim olunub. İstanbulda keçirilmiş bağlanış mərasimində AZIRRIGATION adlı yerli startap 50,000 avro qrantlamükafatlandırılıb. Digər təşəbbüs isə Startup Wise Guys akseleratoru ilə birlikdə keçirilən, SaaS istiqamətli beynəlxalq akselerasiya proqramıdır. Məqsədimiz bu sahədə fəaliyyət göstərən yerli startapların qlobal bazarlara çıxışını və rəqabət qabiliyyətini gücləndirməkdir”.
“Eyni zamanda biz startapların yalnız ölkə daxilində deyil, beynəlxalq arenada da tanıdılması üçün dəstək göstəririk. “Roadshow” layihəsi çərçivəsində müxtəlif startaplarımızın beynəlxalq tədbirlərdə iştirakı təmin olunub, şəbəkələşmə və investorlarla əlaqələrin qurulması üçün şərait yaradılıb”, - deyə F.Osmanov bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 20 Avqust 2025 10:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















