İRİA heyəti Çadda rəqəmsal əməkdaşlığı müzakirə etdi Fotolar
Icma.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) nümayəndə heyəti Çad Respublikasında rəsmi səfərdə olub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə İRİA məlumat yayıb.
Bildirilib ki, heyətin tərkibində dövlət şirkətləri və texnopark rezidentlərinin rəhbər nümayəndələri də yer alıb. Səfər Çad Respublikasının telekommunikasiya, rəqəmsal iqtisadiyyat və idarəetmənin rəqəmsallaşdırılması naziri cənab Mişel Bukarın dəvəti ilə baş tutub.
Səfər çərçivəsində Çad Respublikasının Baş naziri Allamaye Halina ilə İRİA-nın heyəti arasında rəsmi görüş keçirilib. Görüşdə innovasiya, təhsil və rəqəmsal inkişaf üzrə əməkdaşlıq istiqamətində əlaqələrin möhkəmləndirilməsi, Azərbaycanın rəqəmsal məhsullarının ixrac potensialı, birgə layihə imkanlarının araşdırılması və təcrübə mübadiləsi müzakirə edilib.
Çad Respublikasının telekommunikasiya, rəqəmsal iqtisadiyyat və idarəetmənin rəqəmsallaşdırılması naziri cənab Mişel Bukarla görüş keçirilib. Görüşdə Çad Respublikasında həyata keçirilən və planlaşdırılan rəqəmsal layihələr, rəqəmsallaşma və innovasiya istiqamətində prioritet fəaliyyət istiqamətləri və strateji hədəflər, Azərbaycan Respublikası ilə Çad Respublikası arasında imzalanmış memorandumlar çərçivəsində əməkdaşlıq imkanları, innovasiya ekosisteminin inkişafı, rəqəmsal infrastrukturun qurulması və dövlət xidmətlərinin rəqəmsallaşdırılması sahəsində təcrübə mübadiləsi müzakirə edilib.
Səfər çərçivəsində İRİA heyəti, həmçinin Çad Respublikasının bir sıra nazirlik və dövlət qurumlarının rəhbər heyəti ilə görüşlər keçirib. Görüşlər zamanı rəqəmsal hökumət infrastrukturunun inkişafı, kibertəhlükəsizlik və innovasiya istiqamətlərində potensial əməkdaşlıq imkanları üzrə müzakirələr aparılıb. İRİA heyətinin tərkibində yer alan Azərbaycanın texnopark rezidentləri də bu görüşlərdə iştirak edərək rəqəmsal məhsulların potensial ixrac imkanlarını müzakirə ediblər.
Qeyd edək ki, səfərin əsas məqsədi Azərbaycanın rəqəmsal məhsul və həllərinin Çad Respublikasında tanıdılması və ixracına dəstək göstərilməsi, irimiqyaslı layihələrin reallaşdırılma imkanlarının müzakirəsi, həmçinin iki ölkə arasında rəqəmsal sahədə əməkdaşlıq əlaqələrinin qurulmasıdır.



Bu mövzuda digər xəbərlər:
Baxış sayı:138
Bu xəbər 17 Mart 2026 10:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















