İribuynuzlu heyvan qəzaya səbəb oldu ölən və xəsarət alan var
Icma.az bildirir, Olke.az saytına əsaslanaraq.
Oğuz rayonunda bir nəfərin ölümü, daha bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası olub.
"Ölkə.az" "Report"a istinadla xəbər verir ki, hadisə Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun rayonun Kərimli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, qadın sürücünün (şəxsiyyəti dəqiqləşdirilir – red) idarə etdiyi "Nissan" markalı avtomobil idarəetmədən çıxaraq ağaca çırpılıb. Hadisə nəticəsində avtomobildə olan qadınlardan biri ölüb, digəri isə (hər ikisinin şəxsiyyəti müəyyənləşdirilir - red) xəsarət alıb.
Yaralı Qəbələ Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Məlumata görə, avtomobilin qəzaya uğramasına səbəb nəqliyyat vasitəsinin qarşısına iribuynuzlu heyvan çıxması olub.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:81
Bu xəbər 06 Sentyabr 2025 23:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















