İrina Zaretska dünya reytinqinin lideri olaraq qalır
Idman.biz portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Karate üzrə üçqat dünya çempionu İrina Zaretska (68 kq) dünya reytinq cədvəlində liderliyini davam etdirir.
İdman.biz xəbər verir ki, analıq məzuniyyətindən sonra tatamiyə qayıdan Azərbaycan idmançısının hesabında 6750 xal var.
Mərakeşdə keçirilən Premyer Liqanın son mərhələsində 5-ci yeri tutması ona 450 xal qazandırıb.
Reytinqdə ikinci yerdə Zaretskinin dünya çempionatının finalında qalib gəldiyi isveçrəli Yelena Quirici (5850), üçüncü yerdə isə fransalı Talia Sombe (4375) qərarlaşıblar.
Qeyd edək ki, Zaretska hazırda avqustun 7-17-də Çinin Çenqdu şəhərində keçiriləcək Dünya Oyunlarına hazırlaşır.
İdman.biz
Baxış sayı:102
Bu xəbər 01 İyul 2025 17:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















