İrina Zaretska: Şadam ki, yenidən yarış həyəcanını hiss edirəm
Idman.biz saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
"Qayıtdığım üçün çox şadam. Burada olmaq üçün çox uzun yol qət etmişəm".
İdman.biz xəbər verir ki, bunu Misirin paytaxtı Qahirədə Premyer Liqanın startı ərəfəsində Azərbaycan millisinin karateçisi İrina Zaretska (68 kq) Dünya Karate Federasiyasının kanalına deyib.
Analıq məzuniyyətindən sonra tatamiyə qayıdan üçqat dünya çempionu öz bacarığını bir daha nümayiş etdirmək üçün güc və enerji ilə doludur: "Forma yığmaq, hələ də bu idman növündə olduğumu və tərk etmədiyimi göstərmək üçün uzun müddət məşq etdim. "Karate həyatımdadır" prinsipi ilə yaşayıram. Həyat dəyişir, mən indi gözəl bir körpənin anasıyam, amma karate hələ də mənim bir parçamdır. Mən şadam ki, yenidən yarış həyəcanını hiss edirəm".
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:124
Bu xəbər 18 Aprel 2025 11:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















