Icma.az
close
up
RU
İrkutsk vilayəti Azərbaycanla əməkdaşlığı genişləndirir

İrkutsk vilayəti Azərbaycanla əməkdaşlığı genişləndirir

Icma.az, Azertag saytına istinadən bildirir.

İrkutsk, 23 iyun, AZƏRTAC

İrkutsk vilayətinin qubernatoru İqor Kobzev Azərbaycanla iqtisadi və regionlararası əməkdaşlığın inkişaf etdirilməsi üçün əhəmiyyətli potensialın olduğunu bildirib.

AZƏRTAC xəbər verir ki, bu barədə qubernator İrkutsk vilayətində səfərdə olan Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayevlə görüşdən sonra jurnalistlərə deyib.

Qubernatorun sözlərinə görə, İrkutsk vilayəti ilə Azərbaycan arasında münasibətlər konstruktiv, etibarlı və səmimi xarakter daşıyır. O, vilayətin sosial və mədəni həyatında iştirak edən və ikitərəfli əlaqələrin inkişafında mühüm əlaqə rolunu oynayan Azərbaycan icmasının fəal rolunu qeyd edib.

“Otuz ildən çox əvvəl düşünülmüş dostluq və əməkdaşlıq planları İrkutsk vilayətində tam şəkildə həyata keçirilir”, - deyə qubernator vurğulayıb.

İ.Kobzev, həmçinin bildirib ki, tərəflər biznes nümayəndələri arasında ticarət və iqtisadi əlaqələrin genişləndirilməsi perspektivlərini müzakirə ediblər. İrkutsk vilayəti ixracyönümlü region kimi Azərbaycanla yeni əməkdaşlıq istiqamətlərinin axtarışında maraqlıdır.

“Azərbaycan sahibkarları avqustun sonunda Şərqi Sibir Ticarət və Sənaye Palatasının himayəsi altında İrkutskda keçiriləcək Baltik Beynəlxalq Biznes Forumunda iştirak etməyə dəvət olunacaqlar”, - deyə o əlavə edib.

Bundan əlavə, qubernator İrkutsk vilayəti ilə birbaşa regionlararası əməkdaşlığın inkişaf etdirilməsi üçün Azərbaycanın bölgələrindən birinin müəyyən edilməsini təklif edib: “Azərbaycan icması bu qarşılıqlı münasibətlərin daha da inkişafı üçün körpü ola bilər. İrkutsk vilayəti də Azərbaycan-Rusiya hökumətlərarası komissiyasının işində iştirak etməyə və kiçik, orta və iri biznes nümayəndələri ilə birlikdə bölgənin imkanlarını təqdim etməyə hazırdır”.

Azərbaycanın Rusiyadakı səfiri R.Mustafayev Rusiya Federasiyasının bölgələri ilə əməkdaşlığın Azərbaycan üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.

“Qubernatorla görüş zamanı geniş məsələlər dairəsi və potensial əməkdaşlıq istiqamətlərini müzakirə etdik. İlk növbədə, bu, ölkələrimiz arasında ticarət və iqtisadi münasibətlərin intensivləşdirilməsidir”, - deyə o bildirib.

Diplomatın sözlərinə görə, tərəflər birgə müəssisələrin yaradılması, ixrac tədarükünün genişləndirilməsi, yeni tərəfdaşların axtarışı və İrkutsk vilayəti şirkətlərinin Azərbaycanda keçirilən sərgilərdə iştirakı da daxil olmaqla, əməkdaşlığın konkret sektorlarını və istiqamətlərini nəzərdən keçiriblər.

R.Mustafayev qeyd edib ki, vacib istiqamətlərdən biri Azərbaycan regionları ilə İrkutsk vilayəti arasında birbaşa əməkdaşlığın qurulmasıdır.

“Mən prioritet sahələri müəyyən edərdim: ticarət, iqtisadiyyat, investisiya əməkdaşlığı, elm, təhsil, mədəniyyət və turizm”, - deyə o əlavə edib.

Səfir, həmçinin İrkutsk vilayətinin yüksək turizm potensialına və Baykal gölünün Rusiyanın aparıcı turizm məkanlarından biri kimi əhəmiyyətinə diqqət yetirib. Onun sözlərinə görə, tərəflər həm İrkutsk vilayətindən Azərbaycana, həm də Azərbaycandan İrkutsk vilayətinə turist axınının artırılmasında maraqlıdır.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

İrkutsk

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:132
embedMənbə:https://azertag.az
archiveBu xəbər 23 İyun 2026 21:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see466

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see349

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see267

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see259

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see248

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see229

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see221

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see217

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see209

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see199

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see198

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see197

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see197

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see193

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see192

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see186

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see172

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see168

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see166

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri