İrlandiya mətbuatı: “Qarabağ” səviyyə fərqini nümayiş etdirdi”
Icma.az, Idman.biz portalına istinadən məlumat verir.
“Qarabağ”ın son dəqiqə qolları “Şelburn”un Çempionlar Liqası ümidlərini puç etdi”.
İdman.biz xəbər verir ki, İrlandiyanın “Irishmirror” nəşri dünən “Qarabağ”la “Şelburn” komandalarının oyunu barədə yazını belə başlıqla təqdim edib.
“Şelburn” aciz qaldı – “Qarabağ” Çempionlar Liqasının ikinci təsnifat mərhələsində səviyyə fərqini nümayiş etdirdi”. Bu da “Irishexaminer”in manşetidir.
RTE də Azərbaycan çempionunun ünvanına iltifat etməkdən çəkinməyib: “Qarabağ” “Tolka” stadionunda “Şelburn”u amansızcasına cəzalandıraraq ustalığını göstərdi”.
“Irishtimes” isə öz komandalarını cəsur adlandırıb: “Cəsur “Şelburn” “Qarabağ”ın son dəqiqə hücumları qarşısında tab gətirə bilmədi”.
Qeyd edək ki, “Qarabağ” UEFA Çempionlar Liqası 2-ci təsnifat mərhələsinin ilk oyunu çərçivəsində İrlandiyada yerli “Şelburn”a 3:0 hesabı ilə qalib gəlib.
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 24 İyul 2025 12:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















