İrlandiya xüsusi təyinatlıları Ukraynaya göndərir
Axar.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
İrlandiya hökuməti ordunun xüsusi təyinatlı qüvvələrinin ölkə hüdudlarından kənarda yerləşdirilməsi imkanlarını əhəmiyyətli dərəcədə genişləndirə biləcək qanun layihəsini nəzərdən keçirir.
Axar.az xəbər verir ki, bu barədə “İriş Tayms” məlumat yayıb.
Qeyd olunub ki, söhbət Ukrayna paytaxtına potensial olaraq ordu reyncerlərinin (hava-desant hücum qüvvələrinin bölmələri) göndərilməsindən gedir:
“Təşəbbüs Kiyevdə yerləşən İrlandiya diplomatik nümayəndələrinin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə yüksək ixtisaslı hərbi mütəxəssislərin yerləşdirilməsi üçün hüquqi əsasların yaradılmasını nəzərdə tutur. Peşəkarlığı və xüsusi hazırlığı ilə məşhur olan ordu reyncerləri diplomatik missiyanın qorunmasında əsas vasitə ola bilər”.
Hökumət mənbələri vurğulayıb ki, qanun layihəsi hazırda müzakirə olunur və davam edən geosiyasi gərginlik şəraitində İrlandiya rəsmilərinin təhlükəsizliyinin təmin edilməsinə kompleks yanaşma təklif edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:131
Bu xəbər 06 Mart 2025 10:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















