İrlandiyadan İsrailə qırmızı vərəqə göstər çağırışına dəstək
Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İsrailin Fələstini işğal etməsi, Qəzza və İordan çayının qərb sahilindəki hücumları səbəbiylə Kelt azarkeş qrupu Yaşıl Briqadanın başlatdığı "İsrailə qırmızı kart göstər" çağırışına İrlandiyanın “Bohemiya” komandasının azarkeşləri də qoşulub.
"Cebheinfo.az" xəbər verir ki, İrlandiya Premyer Liqasının 4-cü həftəsində "Droqeda Yunayted"i qəbul edən "Bohemian"ın azarkeşləri İsrailə qırmızı vərəqə göstərib.
Azarkeşlərin İsrailə reaksiyası ilə tribunaların bəziləri sözün əsl mənasında qırmızıya çevrilib. Azarkeşlər tribunalarda şüarlar səsləndirərək, İsrailin beynəlxalq futbol təşkilatlarından uzaqlaşdırılmasını istəyiblər.
Avropa Futbol Assosiasiyalarının İttifaqı (UEFA) və Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasına (FİFA) səslənən azarkeşlər “İsrailə qırmızı vərəqə göstər” ifadəsi olan pankart açıblar.
“Bohemian” klubu da o anları sosial media hesablarında alqış emojisi ilə paylaşaraq pərəstişkarlarına dəstək olub.
Nigar Hacılı
"Cebheinfo.az"
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 05 Mart 2025 15:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















