İrlandiyadan İsraillə oyun öncəsi etiraz qərarı
Idman.biz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
İrlandiya futbol millisi UEFA Millətlər Liqasında İsraillə keçiriləcək oyun öncəsi bir sıra qərarlar qəbul edib.
İdman.Biz xəbər verir ki, İrlandiya Futbol Federasiyasının prezidenti Devid Kurell milli komandanın futbolçularının İsraillə qarşılaşmada rəqib oyunçularla əl sıxmayacağını açıqlayıb.
İrlandiyalı futbolçular Fələstində həyatını itirən mülki şəxslərin xatirəsinə meydana qara sarğı ilə çıxacaqlar. Matçöncəsi protokoldan əl sıxma və flama dəyişmə mərasimi də çıxarılacaq.
Mənbənin məlumatına görə, qarşılaşmanın oynanılıb-oynanılmaması ilə bağlı milli komandanın düşərgəsində təxminən dörd saat davam edən müzakirə aparılıb. Səsvermədən sonra oyuna çıxmaq qərarı verilib.
Bununla belə, İrlandiya millisinin 24 yaşlı qapıçısı Qevin Bazunu etiraz əlaməti olaraq heyətdən çəkilib.
Qeyd edək ki, İsrail - İrlandiya oyunu Macarıstanın Debretsen şəhərində keçiriləcək. Qarşılaşma UEFA Millətlər Liqasının B3 qrupuna təsadüf edəcək və bu axşam Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:70
Bu xəbər 27 Sentyabr 2026 20:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















