İrlandiyalı deputatlar Xankəndiyə səfər edib FOTO
Cebheinfo saytına istinadən Icma.az xəbər verir.
Aprelin 23-də İrlandiya Respublikası Parlamentinin İrlandiya- Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Toni MakKormakın başçılıq etdiyi nümayəndə heyəti Xankəndi şəhərinə səfər edib.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən "Cebheinfo.az"a verilən məlumata görə, nümayəndə heyətinə şəhərdə aparılan bərpa və yenidənqurma işləri barədə ətraflı məlumat verilib. Bildirilib ki, işğaldan azad olunmuş bütün ərazilərdə olduğu kimi, Xankəndi şəhərində də genişmiqyaslı tikinti-quruculuq işləri həyata keçirilir.
Qonaqlar şəhərdə aparılan infrastruktur layihələri, yaşayış, o cümlədən sosial təyinatlı obyektlərin tikintisi ilə yaxından tanış olub, görülən işlərin miqyası və şəhərin inkişaf perspektivləri ilə maraqlanıblar.
Qeyd edək ki, Qarabağa səfər çərçivəsində nümayəndə heyəti bu gün Şuşa şəhərini də ziyarət edib.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 23 Aprel 2026 22:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















