IRNA agentliyi: İran Tehran yaxınlığında İsrailin F 35 təyyarəsini vurub
Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Bakı, 18 iyun, AZƏRTAC
İranın Hava Hücumundan Müdafiə Qüvvələri Tehranın cənub-şərqində yerləşən Vəramin şəhəri üzərində İsrail Hərbi Hava Qüvvələrinə məxsus F-35 təyyarəsini vurub.
AZƏRTAC xəbər verir ki, IRNA agentliyi bu barədə şəhər hökumətinin nümayəndəsi Hüseyn Abbasiyə istinadla məlumat yayıb.
Tehranın məlumatına görə, bu, İranla İsrail arasında hərbi eskalasiyanın başladığı iyunun 13-dən bəri SAXAL-ın vurulan beşinci döyüş təyyarəsidir. Həmçinin Vəramin üzərində İsrailə məxsus pilotsuz uçuş aparatının vurulduğu bildirilir.
Xatırladaq ki, iyunun 13-nə keçən gecə İsrail ordusu İrana kütləvi aviazərbələr endirməyə başlayıb. Tehran isə buna cavab olaraq İsrail ərazisinə ballistik raket və PUA hücumu həyata keçirib. Hazırda qarşılıqlı hücumlar davam edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:124
Bu xəbər 18 İyun 2025 12:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















