Icma.az
close
up
RU
“İRS” jurnalının italyan dilində növbəti nömrəsi nəşr edilib

“İRS” jurnalının italyan dilində növbəti nömrəsi nəşr edilib

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Roma, 13 may, AZƏRTAC

Azərbaycanın zəngin tarixi və mədəni irsini dünyaya tanıdan “İRS” beynəlxalq jurnalının italyan dilində növbəti nömrəsi işıq üzü görüb.

AZƏRTAC xəbər verir ki, jurnalın bu sayında ötən ilin noyabrında Bakının ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) əhəmiyyətindən bəhs olunur, Azərbaycanda mühüm qlobal ekoloji problemlərin müzakirə edildiyi vurğulanır. Ölkəmizin həyata keçirdiyi bərpaolunan və “yaşıl enerji” layihələrindən, Qarabağda və Şərqi Zəngəzurdakı “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyalarına əsaslanan bərpa və yenidənqurma işlərindən, “yaşıl enerji” zonasının yaradılması istiqamətində atılan addımlardan bəhs edilir.

Jurnalda İtaliyanın Azərbaycandakı səfiri Luka Di Canfrançeskonun iki ölkə münasibətlərindən, innovasiyalar sayəsində genişlənən körpü, mədəni və akademik əlaqələr barədə fikirləri yer alıb. Səfir İtaliya ilə Azərbaycan arasında dostluğun dərin köklərinin olduğunu, ən yüksək səviyyəli çoxsaylı səfərlər sayəsində ikitərəfli əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini bildirib.

Bundan başqa, jurnalda məşhur memar Zaha Hadidin layihəsi olan Bakıdakı Heydər Əliyev Mərkəzi haqqında məlumatlara yer verilib. Azərbaycanın dünyanın ən qədim kilsələrindən biri olan Alban Apostol Kilsəsinin vətəni olduğu bildirilir, Alban-Udi Xristian Dini İcmasından bəhs edilir. Həmçinin Azərbaycanın üzləşdiyi mina problemi, işğaldan azad olunmuş ərazilərin mina və partlamamış hərbi sursatlarla çirklənmə səviyyəsi barədə məlumatlar oxucuların diqqətinə çatdırılır.

Jurnalda Azərbaycan qadınlarının hər zaman ölkənin gələcəyinin formalaşmasında həlledici rol oynadığı qeyd olunur, ölkəmizin inkişafına tərəqqisinə və töhfə verən qadınlar haqqında ətraflı məlumat verilir. Azərbaycan musiqisi və muğam haqqında, eyni zamanda, milli mətbəx nümunələrimiz və içkilər barədə məlumatlar yer alıb.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:342
embedMənbə:https://azertag.az
archiveBu xəbər 13 May 2025 00:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see317

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see299

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see296

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see291

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see278

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see277

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see256

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see253

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see250

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see243

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see242

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see235

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see229

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see218

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see214

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see210

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see201

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see192

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri