İş adamı Fərhad Əhmədov Qalib Salahzadəyə 1 milyon dolları nə üçün verib?
Icma.az bildirir, Newscenter.az portalına istinadən.
Xəbər verdiyimiz kimi, sabiq millət vəkili Hacı Qalib Salahzadə 35-ci dəfə Həcc ziyarətində olub.
Sabiq millət vəkili bu məsələlərlə bağlı Manset.az-a açıqlamasında böyük səs-küyə səbəb olacaq açıqlama verib.
Hacı Qalib məşhur azərbaycanlı milyarder Fərhad Əhmədovun ona bir milyon dollar bağışladığını bildirib:
"Bir gün öz otağımda oturmuşdum, milyarder Fərhad Əhmədov yanıma gəldi. Söhbət əsnasında mənə bir milyon dollar bağışladı. Pulu nəğd formada verdi. Həmin ili 300 min dollar verib, yüzdən çox vətəndaşı ziyarətə göndərdim. Verilən pulu qəpik-qəpik, qənaətlə xərclədim. Fərhad Əhmədov eyni zamanda Bilgəh qəbiristanlığını da çox gözəl təmir edib. Sanki bulvara oxşayır. O da, mən də nə etmişəksə Allah yolunda etmişik".
Qeyd edək ki, Qalib Salahzadə Fərhad Əhmədovun ona bağışladığı bir milyon dolların qalan hissəsinin taleyi barədə danışmayıb.

Fransa kəşfiyyatı işi barədə: Fərhad Əhmədov zərərçəkən tərəfdir
23 İyul 2025 12:04
Fransız iş adamı Fərhad Əhmədovdan 200 min dolları niyə alıb?
31 İyul 2025 23:03
Rusiya ilə əlaqəm qalmayıb, Vətən daha yaxşıdır Fərhad Əhmədov
24 İyul 2025 13:32
“Fərhad Əhmədov mənə bir milyon dollar bağışlayıb” Hacı Qalibdən ŞOK AÇIQLAMA
28 Mart 2025 16:25
Milyarder o pulu Şeyxin oliqarx qudası Hacı Qalib Salahzadəyə verib ki...
28 Mart 2025 17:05

