İş adamından rüşvət alan polis bölməsinin rəisi saxlanıldı
Icma.az bildirir, Lent az portalına istinadən.
Rusiyanın Krasnoyarsk vilayətində biznesmendən rüşvət almaqda şübhəli bilinən keçmiş polis əməkdaşı saxlanılıb.
Lent.az yerli mediaya istinadla bildirir ki, İstintaq Komitəsinin məlumatına görə, hadisə 2021-ci ildən 2022-ci ilə qədər olan dövrdə baş verib. Təqsirləndirilən şəxs həmin vaxt istintaq bölməsinin rəisi vəzifəsində çalışıb və o, qanunsuz ağac kəsməkdə ittiham olunan sahibkarın cinayət işinə cəlb edilib.
İstintaq zamanı polis iş adamının vurduğu zərərin məbləğini 182 milyon rubldan (3 milyon 454 min manat) 110 milyona (2 milyon 87 min manat) endirəcəyini vəd edib. Ancaq qarşılığında ondan rüşvət müqabilində ev istəyib. Biznesmen razılaşaraq, təxminən 2 milyon rubl (37 min 958 manat) dəyərində sidr ağacından ev tikdirib və polisə təhvil verib.
Keçmiş polis hazırda həbsdədir. O, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 290-cı maddəsinin 6-cı hissəsi (“Xüsusilə külli miqdarda rüşvət alma”) ilə ittiham olunur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 20 Fevral 2025 16:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















