İş adamları regionlara niyə sərmayə qoymur? Açıqlama
Bakupost saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Bu günə qədər iş adamları regionlara investisiya yatırmaq, hansısa bir istehsalat müəssisəsi yaratmağa o qədər də maraq göstərməyiblər. Nəticədə ölkənin iqtisadi potensialının 90 faizindən çoxu Bakı şəhəri və Abşeron yarımadasında cəmləşib. Bölgələrdə fəaliyyət göstərən sahibkarlara lazımi güzəştlər edilsə, bu, sərmayələrin regionlara doğru axmasına rəvac verəcək”.
Bunu Bakupost.az -a iqtisadçı ekspert Rəşad Həsənov bildirib.
O qeyd edib ki, sahibkarların regionlara axını üçün güzəştlərin olması vacibdir:

“Regionların inkişafı üçün müəyyən addımlar atılmalıdır. Bu, vacibdir. Son 30 ildə bu, ciddi şəkildə unudulub. Bunun nəticəsidir ki, nəzarət olunmayan daxili urbanizasiya paytaxt ətrafında yaşayış şərtlərini dözülməz hala gətirib çıxarıb. Regionlar da boşalıb”.
Sevinc
BakuPost
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:67
Bu xəbər 02 Aprel 2025 14:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















