İş adı ilə apardılar, müharibəyə göndərdilər Goranboy sakininin şok taleyi
Icma.az, Baku.ws portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Azərbaycanda filmləri xatırladan inanılmaz hadisə baş verib. Goranboy rayon sakini Şəhruz Əliquluyev iş tapmaq ümidi ilə yola çıxıb, nəticədə özünü Rusiya-Ukrayna müharibəsinin mərkəzində tapıb.
Bu barədə Ş. Əliquluyevin kəndçisi Rəşad Allahverdiyev BAKU.WS-in "qaynar xətti"nə verdiyi məlumatda bildirib.
Onun sözlərinə görə, Şəhruz təxminən 15 gün əvvəl "işə düzəldirik" vədi ilə Rusiyaya aparılıb. Lakin çox keçmədən ailəsi və kənd sakinləri şok vəziyyətə düşüblər. Şəhruz videomüraciət yollayaraq bildirib ki, hazırda Sankt-Peterburqda saxlanılır və yaxın zamanda müharibəyə göndəriləcək:
"Şəhruz nə ali təhsil alıb, nə də oxuma-yazma bacarığı var. İndiyədək heç vaxt Rusiyada olmayıb. Oxumağı-yazmağı bilmədiyinə görə qarşısına müharibəyə qatılmaq ilə bağlı sənəd qoyublar, yalandan deyiblər işə qəbul üçün kağızdır. Şəhruz da oxumadan imzalayıb".
Kənd sakini onu da qeyd etdi ki, Şəhruz Əliquluyev ailəlidir, 2 övladı var.
Hazırda o, rəsmi orqanlara müraciət edərək Azərbaycana geri qaytarılmasına yardım göstərilməsini istəyir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:74
Bu xəbər 10 İyul 2025 11:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















