Icma.az
close
up
RU
İş günlərinin yerini dəyişmək məmurlara uzunmüddətli istirahət planı bəxş etmək məqsədi güdür...

İş günlərinin yerini dəyişmək məmurlara uzunmüddətli istirahət planı bəxş etmək məqsədi güdür...

Icma.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Dekabrda iş günlərinin sayı artıb. Baş nazirin qərarına əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2024-cü il 30 dekabr və 2025-ci il 3 yanvar iş günləri ilə uyğun olaraq, 2024-cü il 28-29 dekabr istirahət günlərinin yerləri dəyişdirilib. Beləcə, ilin son iki günündən başlayaraq ardıcıl bir həftə dincəlmək imkanı yaranacaq. Məhz bu məsələ xüsusi qabardılıb. Amma digər yandan insanlar dekabrın sonlarında ardıcıl bir həftə işləmək məcburiyyətində qalacaq.

Bizimyol.info xəbər verir ki, 2025-ci ildə ilk iş günü yanvarın 6-da olacaq. Büdcə təşkilatlarında və bir sıra özəl müəssisədə çalışanlar bir həftəlik istirahətin ardından işə çıxacaqlar. Məsələnin bu hissəsi qaydasında görünür. Halbuki dekabrın sonlarında həmin müəssisələrdə işləyənlər çox əziyyət çəkəcəklər. Ardıcıl bir həftə işləmək asan görünməsin. Həm də nəzərə almaq lazımdır ki, bir çox müəssisədə əməkdaşları qanunvericilikdə nəzərdə tutulandan çox işlədirlər. İnsanların sutka ərzində 12-14 saat işlədiyi yerlər olur. Təsəvvür edin, indi bir həftə bu rejimlə çalışmaq nə deməkdir...

Məktəbliləri heç nəzərə almayıblar. Ardıcıl bir həftə necə dərsə gedəcəklər?! Onsuz da ağır məktəb proqramı onları əldən salır. İnsanları bayramqabağı belə gərginliyə salmaq çox yersizdir. Daha məntiqli davranmaq olardı.

Bəs niyə belə edirlər? İnsanları düşündüklərindən? Əmin ola bilərsiniz ki, sadə adamları düşünən yoxdur. Ardıcıl bir həftə qeyri-iş günü elan olunması məmurlara istirahət planı bəxş etmək məqsədi güdür. Heç kimə sirr deyil ki, həmin günlərdə büdcə təşkilatlarının vəzifəli şəxsləri ya ölkənin kurort yerlərinə çəkilir, ya da xarici ölkələrə səfər planlayırlar. Bir həftə istirahət üçün tam uyğun müddətdir. Təşkilatların sıravi əməkdaşları özünə belə imkanı rəva görə bilmir. Çünki buna maddi imkan yetmir. Məmurların isə yerdəyişmə tam ürəyincə olur. Kim əziyyət çəkir? Bir parça çörəkpulu üçün səhər erkən evindən çıxanlar və məktəblilər.

Aytən, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:72
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 29 Noyabr 2024 16:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see347

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see238

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see220

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see188

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see169

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see169

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see165

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see155

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see154

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see154

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see152

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see152

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see151

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see150

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see149

İKİ SABİQ NAZİR İNSTİTUT DİREKTORU VƏZİFƏSİNDƏN ÇIXARILDI: yeni institut yaradıldı Misir Mərdanovla Əli Abbasov yola salındı

28 Dekabr 2025 22:42see139

Dünyanın ən yaxşı hücumçusu bilindi

29 Dekabr 2025 02:22see138

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see138

Mənzil almaq istəyənlərə ŞAD XƏBƏR

29 Dekabr 2025 02:07see135

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri