İş var, mütəxəssis yoxdur: əmək bazarında kadr çatışmazlığı
Bizimyol saytından alınan məlumata görə, Icma.az bildirir.
Dövlət Məşğulluq Agentliyinin Mərkəzi karyera filialının əməkdaşı Nicat Həmidov bildirib ki, son bir ilin statistikasına əsasən, şirkətlər ən çox texniki ixtisaslar, satış və maliyyə sahəsində işçi axtarışındadır. Lakin müraciət edənlərin çoxu ya təcrübəsiz, ya da müasir dövrün tələbi olan rəqəmsal bacarıqlardan uzaqdır.
İşəgötürənlərin ən çox çətinlik çəkdiyi əsas sahələr sırasında satış və marketinq, texniki ixtisaslar, mühasibatlıq və maliyyə yer alır. Bundan əlavə, tikinti, fiziki işlər və ticarət sahəsi də kadr çatışmazlığı yaşananlar sırasındadır. Turizm və xidmət sektoru üzrə bu göstərici 8,6%, kənd təsərrüfatı və heyvandarlıq sahəsində isə 7,7% təşkil edir. Siyahıda ofis və inzibati dəstək işləri və tibb sahəsi üzrə işçi çatışmazlığı da var.
Bildirilib ki, indi sadəcə diplom kifayət etmir; işəgötürən həm praktiki bacarıq, həm də rəqəmsal savadlılıq tələb edir. Bu boşluğu doldura bilməyənlər isə minlərlə vakansiyanın fonunda işsiz qalmaqda davam edir.(banker)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:277
Bu xəbər 07 Fevral 2026 21:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















