Icma.az
close
up
RU
İSA HƏBİBBƏYLİNİN OĞLU MƏHKƏMƏDƏ: ...hər ay 2.53 milyon rəhbərliyə verirdim

İSA HƏBİBBƏYLİNİN OĞLU MƏHKƏMƏDƏ: ...hər ay 2.53 milyon rəhbərliyə verirdim

Icma.az, Mia.az portalına istinadən məlumatı açıqlayır.

Naxçıvan Muxtar Respublikası (MR) Dövlət Gömrük Komitəsinin keçmiş sədri Səhət Həbibbəyli gömrükdə rüsum kimi toplanan qeyri-rəsmi ödənişlərin – hər ay 2.5-3 milyon dolların rəhbərliyə çatdırıldığını etiraf edib.

Bu məlumat gömrük generalının öz ifadəsində əksini tapıb.

Onun dediklərindən belə məlum olur ki, Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbova hər il 30 milyon dollardan çox pul çatdırırmış. Generalın sözlərinə görə, toplanan məbləğlər get-gedə artdığından rəhbərliyə çatdırılan pullar da çoxalıb. Məsələn, 2020-ci ildə rəhbərliyə çatdırdığı pulun miqdarı 34 milyon dollar idisə, növbəti il artıq 38 milyon 400 min dollar olub.

2001-ci ildən Naxçıvan MR gömrük sistemində inspektor kimi işə başlayan S.Həbibbəyli 10 il sonra komitə sədrinin müavini təyin edilib. O, 2018-ci ilin noyabrınadək həmin vəzifədə çalışandan sonra sədr vəzifəsini icra etməyə başlayıb. 2019-cu ilin martında isə Naxçıvan MR Ali Məclisinin sədri V.Talıbovun fərmanıyla Dövlət Gömrük Komitəsinin sədri təyin olunub və 2022-ci ilin noyabrında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Naxçıvandakı bir sıra qurumlarda silsilə əməliyyatlar keçirənədək bu vəzifədə işləyib.

“Naxçıvanda baş verənlərlə bağlı deməyə sözüm yoxdur”

DTX əməkdaşlarının Naxçıvanda saxlayıb Bakıya gətirdikləri məmurlar arasında S.Həbibbəylinin də adı çəkilib. Həmin vaxt atası – Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, deputat İsa Həbibbəyli də oğlunun saxlanması haqda iddiaları nə təsdiq, nə də təkzib edib.

“Oğlum bilmirəm haradadır, xəbərim yoxdur. Mənim oğlumla, Naxçıvanda baş verənlərlə bağlı deməyə sözüm yoxdur. Hesab edirəm ki, övladla bağlı ataya sual verməyin özü etikaya sığmır”, – deputat oğlunun saxlanması haqda sualı belə cavablamışdı.

Bir neçə gün sonra gömrük generalı S.Həbibbəylinin sərbəst buraxıldığı haqda məlumat yayılmışdı.

2022-ci il noyabrın 28-də prezident İlham Əliyev Naxçıvan MR Dövlət Gömrük Komitəsinin ləğvi barədə fərman imzaladı. Fərmana əsasən, onun əvəzinə Naxçıvan Baş Gömrük İdarəsi yaradıldı və bu idarə Dövlət Gömrük Komitəsi strukturuna daxil edildi.

General S.Həbibbəyli ifadəsində 2018-ci ilin noyabrından 2022-ci ilin noyabrınadək komitə sədri işlədiyi dövrdə çatdırdığı pullar barədə bunları deyib: “2018-ci ildə mən sədr təyin olunanda aylıq 2 milyon 500 min dollar olmaqla, ilin sonuna qədər iki aya cəmi 5 milyon dollar çatdırdım. 2019-cu ildə də aylıq 2 milyon 500 min dollardan bir il üçün 30 milyon dollar vermişəm. 2020-ci ildə aylıq 2 milyon 800 min dollar oldu, illik cəmi 34 milyon dollar çatdırmışam. 2021-ci ildə isə aylıq təxminən 3 milyon 200 min dollardan olmaqla, bir il üçün 38 milyon 400 min dollar çatdırmışam. 2022-ci ildə artıq ayda 3 milyon 300 min idi. 10 ay ərzində 33 milyon yığılmışdı. Hamısı da çatdırılıb”.

O vurğulayıb ki, rəhbərliyə çatdırılan yüz milyonlarla dolların hamısı qeyri-rəsmi şəkildə toplanan və büdcədən yayındırılan gömrük rüsumlarıydı.

S.Həbibbəyli bu qaydanı özünün müəyyənləşdirmədiyini, hələ sədrin müavini işlədiyi dövrdən belə olduğunu deyir. Sözlərinə görə, komitə sədri təyin ediləndə də çağırıb deyiblər ki, əvvəlki qaydada işləməyə davam edəcəklər: “Komitə sədri təyin olunmağım haqda fərman imzalananda rəhbərlik məni qəbul elədi. Dedi ki, işlər əvvəlki qaydada davam eləməlidir”.

S.Həbibbəylinin dediyinə görə, razılaşma belə olub ki, toplanan pullardan hər ay onun özünə 40 min, müavinlərinə isə 10 min manat çatıb.

İki nəfərə şərti cəza verilib

DTX-nın Naxçıvan MR Dövlət Gömrük Komitəsində keçirdiyi əməliyyat nəticəsində gömrük tariflərinin tənzimlənməsi və ödənişlər şöbəsinin rəisi Mansur Əsgərov həbs olunmuşdu. Onunla yanaşı, 2020-ci ilədək M.Əsgərovun vəzifəsində çalışmış, daha sonra muxtar respublikanın maliyyə naziri olan Rəfael Əliyev, Penitensiar Xidmətin rəisi Tofiq Həsənov və başqaları da həbs edilmişdi.

M.Əsgərov və R.Əliyev barəsində həbs-qətimkan tədbiri sonradan dəyişdirilib. Birlikdə mühakimə olunan bu şəxslərin hər ikisinə bugünlərdə hökm oxunub və şərti cəza verilib.

M.Əsgərovla bağlı cinayət işində iddia olunur ki, 2016-2022-ci illərdə Naxçıvanda gömrükdən rüsum kimi büdcəyə ödənilməli toplam 273 milyon manat mənimsənilib(Azadliqradiosu).

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:114
embedMənbə:https://mia.az
archiveBu xəbər 09 Yanvar 2025 10:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see163

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see141

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see139

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see136

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see135

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see133

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see133

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see129

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri