Icma.az
close
up
RU
İsa İsayev 2,3 milyon kapital ilə yaradılan daha 2 şirkətə rəhbərlik edəcək

İsa İsayev 2,3 milyon kapital ilə yaradılan daha 2 şirkətə rəhbərlik edəcək

Yeniavaz saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.


Bu ilin iyul ayında ləğv edilən “Naxçıvanbank” ASC-nin hüquqi varisi olan “E-Kredit Bank Olmayan Kredit Təşkilatı” MMC-nin İdarə heyətinin sədri İsa Bünyad oğlu İsayevin qanuni təmsilçi olduğu daha 2 şirkət dövlət qeydiyyatına alınıb.
Yeniavaz.com
xəbər verir ki,  “Head Property” MMC (VÖEN - 0201658481 ) və “Region Property” MMC (VÖEN - 0201657841 ) adlı şirkətlər müvafiq olaraq 1 700 000 manat və  600 000 manat nizamnamə kapitalları ilə yaradılıblar.
“Head Property” MMC-nin hüquqi ünvanı Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə ev 27-də, “Region Property” MMC-nin hüquqi ünvanı isə Naxçıvan şəhəri, Nəsirəddin Tusi ev 4 ünvanında yerləşir.
Məlumat üçün qeyd edək ki, 1983-cü il təvəllüdlü İsa Bünyad oğlu İsayev Şərur rayonunun Çərçiboğan kəndində anadan olub. İsa İsayev 25 yaşında “Naxçıvanbank” ASC-nin sədr müavini təyin olunub. 2021-ci ildən isə İdarə heyətinin sədri olub.
İsa İsayev 9 fevral 2020-ci ildə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə keçirilən seçkilərdə 6 saylı Çərçiboğan Seçki Dairəsindən Yeni Azərbaycan Partiyasının namizədi olub. Altıncı çağırış (2020-2024-cü illər) Naxçıvan Muxtar Respublikası Ali Məclisində İqtisadi siyasət komitəsinin sədri olub.

İsa İsayev
Onu da bildirək ki, daha əvvəl “Naxçıvanbank” səhmlərinin 63,66%-nin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq sədri Vasif Talıbovun oğlu Rza Talıbova, 20,48%-nin Talıbovun digər oğlu Seymur Talıbova, 9,82%-nin qızı Baharxanım Talıbovaya, 6,04%-i isə həyat yoldaşı Sevil Sultanovaya məxsus oldub. Vasif Talıbov Ali Məclisin sədri vəzifəsindən istefa verdikdən sonra  “Naxçıvanbank”ın səhmdarları dəyişib.
Elnur Əli
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:165
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 18 Dekabr 2024 16:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri